Qardaşlar deyəsən  Mirzə Ələkbər  Sabirin dediklərini səhv başa düşüblər..



Bakıda əxlaqsızlıq yuvaları saxlayan Adəm və Hatəm qardaşları barəsində yenidən yazmaq istəyəndə haradansa yada  rəhmətlik Mirzə Ələkbər Sabir düşdü. 
Bəziləri Sabirin dediklərini  birbaşa anlayır, yəni onun dediklərinin əsl mahiyyətini başa düşmürlər. 
Sabir “Oxutmuram, əl çəkin” deyəndə oxumağın əleyhinə deyildi, əksinə bu cür düşünənlərə ironiya ilə acı-acı gülürdü. 
Sabir  “ Adəmi adəm eyləyən paradır, Parasız adamın üzü qaradır. Qoy, nə əslin, nəcabətin olsun...”  təki pulun olsun deyirdi. 
Adəm və Hatəm qardaşları da elə başa düşür ki, adama əsl-nəcabət, namus-qeyrət lazım deyil, ancaq pul lazımdır. Ona görə də  bu qardaşlar  əxlaqsızlıq yuvası açaraq ancaq pul-para qazanmağı özləri üçün peşə seçiblər. 
Kimsə soruşanda ki, ay Adəm, utanmırsan, əxlaqsızlıq yuvasından pul qazanırsan, bu pulla arvad-uşaq saxlayırsan ? 
Qardaşlar deyir ki, bəs Sabir deməyib ki, əslin, nəcabətin olmasa da olar, təki pulun olsun...? 
Bəli, çox acı reallıqdır ki, millətimizin milli-mənəvi dəyərlərinə, müqəddəs dinimizə zidd olsa da ölkəmizdə əxlaqsızlıq yuvaları, “pritonlar”, priton-otel”lər  artmaqda davam edir. Bu isə cəmiyyətdə bütün dəyərləri məhv edir.
Ən dəhşətlisi odur ki, milli-mənəvi dəyərlərimizlə bir araya sığmayan, bir çox ailələrin dağılmasına səbəb olan, infeksion xəstəliklərin yayılmasının əsas mənbəyi sayılan əxlaqsızlıq yuvalarının artması ciddi sosial problem olaraq cəmiyyəti təhdid edir. 
Əxlaqsızlıq yuvaları  əvvəllər  gizlin formada özünü göstərərdi. Bu gün az qala məktəblərin, uşaq bağçalarının, xəstəxanaların yaxınlığında  əxlaqsızlıq yuvaları fəaliyyət göstərir. 
Bu gün paytaxtımızın mərkəzində  otellər, istirahət mərkəzləri öz həqiqi təyinatını dəyişib, əxlaqsızlıq  yuvalarına çevriliblər.   
Bu işdə telekanallarda  gedən verilişlərin də rolu az deyil. Bu verilişlər  yeniyetmələrin və gənclərin həyat tərzinə və psixologiyasına ciddi  zərbə vurur. 
Üstəlik, Allah qoymasa, bu Adəm-zat vaxtilə hüquq-mühafizə orqanlarında çalışıb. Görünür  DİO-da çalışanda Adəm əxlaqsızlıq yuvalarına “krışalıq” edirmiş, sonra düşünüb ki, elə özüm bu biznesə girişim. 
Bir məsələni qeyd edək ki, son bir ildə  narkotiklə mübarizə istiqamətində çox ciddi addımlar atılır. Bəs , əxlaqsızlıq yuvası saxlayan Adəm-Hatəm kimilərin niyə xatirinə dəyən yoxdur ? 
Bəlkə, elə bilirsiniz ki, əxlaqsızqlıq yuvaları narkotikdən az təhlükəlidir ?
Əksinə əxlaqsızlıq yuvaları  narkotikdən daha təhlükəlidir. 
Yeri gəlmişkən, bir müddət  əvvəb Qubada avtoqəza oldu, sürücü və 3 gənc xanım öldü ?
Niyə hüquq-mühafizə orqanları araşdırmadı ki, sürücü o gənc xanımları hara və kimin sifarişi ilə aparırdı ? 
Gənc xanımları hansı oteldən götürmüşdülər ?
Sözümüzün canı odur ki, hüquq-mühafizə orqanları istəsəydi 1 saata  böyük bir cinayətkar şəbəkəni aşkar edə bilərdi. Etmədi. Çünki əxlaqsızqlı yuvaları hər ay hamının haqqını çatdırır. 
Adəm-Hatəm qardaşları da eləcə. 
Yaxşı  Adəm-Hatəm qardaşlarının  əxlaqsızlıq yuvası saxladığı  ərazinin  sahə müvəkkili yoxdur ? Əlbəttə, var. 
Təsəvvür edirsiniz, Adəm-Hatəm qardaşları  təkcə gənc xanımları müştərilərə satıb pul qazanmır ee...
Həm də qardaşlar  burada əməlli-başlı  “konfidensial”  işlər görür, işverənlik edirlər. 
Bəli, qardaşların otaqlarında gizli kameralar işləyir və “kompramat”lar toplanır...
İndi bildinizmi  qardaşların obyekti əsl “qançanağı”dır. 
Bəs,  İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi hara baxır ?  

P.S Deyirlər Adəm və Hatəm qardaşları baş tutmaqla məşğuldurlar, paparozadirlar, biqeyrətdirlər, bişərəfdirlər, binamusdurlar, fahişədirlər.
/Gundelik-baku.com/скачать dle 12.1