Bakı Mühəndislik Universitetinin rektoru Havar Məmmədov haqqında ölkə mediasında o qədər yazılıb ki, təkrarlamağa adam tənbəllik edir. Amma bir neçəsini yada salaq.
Ən son məlumat odur ki, Bakı Mühəndislik Universitetinin ( BMU ) həyəti satılır, kirayəyə verilir və s. Və bu barədə elan saytlarında xəbər yerləşdirilib.
Hətta elanın fotosu sosial şəbəkədə paylaşılıb. Belə ki, elanda 20 hektara yaxın ərazinin əkinə yararlı olduğunu, orada arpa, buğda əkməyin mümkünlüyü qeyd olunub.
Görəsən burada təəccüblü, sensasiyalı nə var ki ?
BMU-nun rektoru Havar Məmmədovu tanıyanlar gözəl bilir ki, bu adam alim, ziyalı olmaqdan çox satmaqla məşğul olub, yəni biznes adamıdır.
Belə ki, universitetin idman zalını itboğuşduranlara icarəyə verən Azərbaycan Texniki Universitetinin sabiq rektoru Havar Məmmədovu tanımayan yoxdur.
Bu adam 2000-ci ilin yanvarından 2016-cı ilin sentyabrınadək Azərbaycan Texniki Universitetinin ( ATU ) rektoru olub.
Bu adam tələbələrə pul mənbəyi kimi baxıb.
Havar Məmmədov ATU-da rektor olarkən “3” qiyməti 50 manata, “4” qiyməti 80 manata, “ 5” qiyməti 120 manata verilirdi. Dövlət imtahanlarının qiyməti 500 manat idi. Bu adam rektor olduğu 16 il müddətində sözün həqiqi mənasında oliqarxa çevrildi.
Bu adamın biznes şəbəkəsinə baxın: Binəqədi rayonu, Xocahəsən qəsəbəsində fəaliyyət göstərən dəmir zavodunda armatur və digər məhsullar istehsal edilir. Dörd milyon dəyərində villa. Universitetin təmirinə ayrılmış pulların bir qismi Novxanıda bahalı villanın inşa edilməsinə sərf olunub. Heydər Əliyev Məscidinin yaxınlığında, dəyəri 6 milyon olan 3 mərtəbəli villası. Rektor Havar Məmmədov “Saba Gars” avtomobil mərkəzinə və “MakroMarket” mağazalar şəbəkəsinə 50 faizlə şərikdir.
Saytların yazdığına görə, son bir neçə həftədə BMU-nin binasında müəllimlə dekan arasında olan isti münasibətlərə də toxunmaq istəmirik.
Bu mövzu konkret olaraq BMU-nin prorektorları ilə bağlıdır.
İlk öncə BMU-nin Tədris işləri üzrə prorektoru Həmzağa Orucovdan başlayaq.
Bu adam BMU-ində boz cardinal kimi tanınır. Və əsasən işı qəbul, yəni ştat məsələsinə baxır. Yəni universitetə işə adam düzəltməklə böyük varidata sahib olub. Kəsr, imtahan biznesi də Həmzağa Orucovun əlindədir. Deyirlər ki, o rektorun qara kassasıdır.
İkinci prorektor isə BMU-nin Tərbiyə işlərinə məsul olan Bayram Hüseynzadədir.
Bu adam rektorun bütün gizli və qaranlıq işlərini həyata keçirir. Bu adama rektorun "panda qutusu" deyirlər.
Rektorun Maliyyə məsələləri üzrə nümayəndəsi isə Elçin Zeynalov olub. Hazırda rəhmətə getdiyi üçün Havar Məmmədov onun yerinə bir nəfəri otuzdurub və onun əli ilə…
Maliyyə maxinasiyalarını, büdcədən ayrılan pulların mənimsənilməsini, tenderlər vasitəsilə pulların nağdlaşdırılmasını, mebel və başqa inventarların alınması ilə pulların silinməsini həyata keçirir.
Digər prorektorlar, Elmi işlər üzrə prorektor Elçin Süleymanov və Beynəlxalq əlaqələr üzrə prorektor Manafəddin Namazov barədə növbəti yazıda bəhs edəcəyik.
P.S Köməkçi ilə katibənin yaxın münasibətləri həmişə işin xeyrinə olur Havar Məmmədov. /Gundelik-baku.com/
Bakı Mühəndislik Universitetində nə baş verir? - Havar Məmmədovun və prorektorlarının qanunsuz əməlləri...
28
fevral
10:19
Qarabağ
KOMMENTLƏR
Havar Məmmədov sata-sata gedir.... - Rektor indi də universitetin həyətini satır ?
Rektorun 16 illik "fəaliyyəti"... - Super marketlər, avtosalonlar, villalar…
Havar Məmmədovun Mühəndislik universitetindəki ANARXİYASI…- Rektorun topdağıtmaz sərvətləri, milyonluq villaları, zavodları…
Rektor Havar Məmmədov Azərbaycan təhsilinin başında turp əkir?… - ATU-nun keçmiş rektorunun 100 milyon dəyərində əmlakı….
Rektor Havar Məmmədovun “hava”sını alacaqlar- Rektorun milyonluq mülklərinin siyahısı…
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- "Referans" klinikasının direktoru arvadını niyə güllələyib?
- Bu şəxslər olduqları yer barədə qeydiyyatdan keçməkdən azad edildilər - 30 gün...
- 700 min vətəndaşa şad xəbər – Artım olacaq
- Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
- Elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib
- Ronaldo yenə sərvətinə sərvət qatdı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- “Kapital Bank” müştərilərdə narazılıq yaradır….
- Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı