Universitetin həyətində arpa-buğda əkiləcək ? 

Bu gün xəbər saytları az qala sensasiya kimi təqdim edir ki, Bakı Mühəndislik Universitetinin ( BMU ) həyəti satılır,  kirayəyə verilir və s. Və bu barədə elan saytlarında xəbər yerləşdirilib.
Hətta elanın fotosu sosial şəbəkədə paylaşılıb. Belə ki, elanda 20 hektara yaxın ərazinin əkinə yararlı olduğunu, orada arpa, buğda əkməyin mümkünlüyü qeyd olunub.
Universitetin rəhbərliyi isə açıqlama verib ki, bu barədə məlumatsızıq…
Görəsən burada təccüblü, sensasiyalı nə var ki ?
BMU-nun rektoru Havar Məmmədovu tanıyanlar gözəl bilir ki, bu adam alim, ziyalı olmaqdan çox  satmaqla məşğul olub, yəni biznes  adamıdır. 
Qısa məlumat üçün qeyd edək ki, BMU  2016-cı il tarixində, ləğv olunmuş Qafqaz universitetinin bazasında yaradılmışdır. 
Biz hələ o vaxt yazmışdıq ki, Qafqaz universitetini Havar Məmmədova vermək təhsilə, elmə ironiyadır. 
Birincisi, ona görə ki, siyasi tərəfindən asılı olmayaraq Qafqaz universiteti Azərbaycanda  rüşvətdən uzaq və keyfiyyətli təhsilə görə həmişə birinci olub. FETO-zad məsələsi bambaşqa. Söhbət təhsildən gedir. 
İkincisi, axı, Havar Məmmədovu uzun illərdir ki, Azərbaycan cəmiyyəti əla tanıyır. 
Belə ki, universitetin  idman zalını 30-40  manata itboğuşduranlara icarəyə verən Azərbaycan Texniki Universitetinin sabiq rektoru  Havar Məmmədovu  tanımayan yoxdur. 
Bu adam 2000-ci ilin yanvarından 2016-cı ilin sentyabrınadək Azərbaycan Texniki Universitetinin ( ATU ) rektoru olub. 
Bu adam tələbələrə  pul mənbəyi kimi baxıb. 
Havar Məmmədov ATU-da rektor olarkən “3” qiyməti 50 manata, “4” qiyməti 80 manata, “ 5” qiyməti 120 manata satılırdı. Dövlət imtahanlarının qiyməti 500 manat idi. Bu adam rektor olduğu 16 il müddətində sözün həqiqi mənasında oliqarxa çevrildi. 
Bu adamın biznes şəbəkəsinə baxın: Binəqədi rayonu, Xocahəsən qəsəbəsində fəaliyyət göstərən dəmir zavodunda armatur və digər məhsullar istehsal edilir. Dörd milyon dəyərində villa. Universitetin təmirinə ayrılmış pulların bir qismi Novxanıda bahalı villanın inşa edilməsinə sərf olunub. Heydər Əliyev Məscidinin yaxınlığında, dəyəri 6 milyon olan 3 mərtəbəli villası. Rektor Havar Məmmədov “Saba Gars” avtomobil mərkəzinə və “MakroMarket” mağazalar şəbəkəsinə 50 faizlə şərikdir. Və daha nələr… Sual oluna bilər ki, rektor dövlətdən konkret maaş alır, bütün bunlar hansı pulla əldə edilib. Bəli, Havar Məmmədov artıq 2016-cı ildə rüşvətxor rektor kimi ad çıxarmışdı. Hətta onunla bağlı Təhsil Nazirliyinin qərarı var idi. Ki, yaxın zamanlarda vəzifədən uzaqlaşdırılsın. 
Amma… Birdən sehrli  bir əl  Qafqaz Universitetini Havara verdi. 
Ümumiyyətlə, Havar Məmmədovun adı  bir çox qalmaqallarda hallanır, hətta ortada istintaq ifadələri də var. 
Nə isə…
Deməli, BMU-nin rəhbərliyi medianın suallarına  həmişə belə cavab verir: Bu barədə məlumatımız yoxdur. 
Görəsən Havar müəllimin bəs nədən xəbəri var ? 
Bəlkə, BMU-də tədris müdiri ilə cavan müəllimənin məsələsindən də Havar müəlliminn xəbəri yoxdur ? 
Bəlkə, BMU-da mühafizə rəisi ilə xanımın dostluğundan, bəlkə, idman müəlliminin 1-ci kurs tələbəsi qıza  təklifindən də xəbəri yoxdur, Havar Məmmədovun ? 
İndi gördünüzmü, təəccüblənməyə, sensasiya axtarmağa dəyməz. 
Əgər eşitsəniz ki, Havar Məmmədov universitetin binasını satıb, qəti təəccüblənməyin.
Yazıda adları çəkilən hər bir şəxsin mövqeyini dərc etməyə hazırıq. /Gundelik-baku.com/
скачать dle 12.1