Prorektorlar da Havar müəllimdən geri qalmır….

Rüşvət və korrupsiya ilə bağlı yazıları yazanda illər öncə oxuduğum bir fikir yadıma düşdü. 
Adını unutduğum  alimlərdən biri qeyd edir ki, korrupsiya dünyanı, bəşəriyyəti  təhlükəli vəziyyətə salacaq. 
Bu gün bəşəriyyət necə ki, adi bir koronavirusun əlində əsir-yesir olub haa....bax, ondan 100 dəfə təhlükəlisi korrupsiyadır. 
Yəni  söhbət təkcə Azərbaycandan getmir, bütün ölkələr korrupsiyaya bulaşıb. Amma...
Əmması odur ki, Azərbaycanda adi bir universitet  rektorunun varidatına nəzər salanda  adamın ayaqlarının altından az qala yer qaçır, torpaq sürüşür. 
Adam düşünür ki, ilahi, alim adı daşıyan, dövlətdən konkret  olaraq 1000-1500 manat maaş alan, allah qoymasa, adını ziyalı qoyan  rektor  bu 100 milyonları necə qazanıb ?
Daha dorğusu, qazanıb yox ee, necə, hansı yolla əldə edib..? 
Görəsən, bu adam universitet rektorudur, yoxsa..? 
Lətifəsi  Havar müəllimdən uzaq olsun, təkcə onu demirik ee...əlisi belə, vəlisi belə, qırılmşın hamısı belə...
Nə isə, keçək konkret olaraq  rektor Havar Məmmədovun  biznes  dünyasına. 
Qısa məlumat üçün qeyd edək ki, Havar Məmmədov  2000-ci ildən  2016-cı ilədək  Azərbaycan Texniki Universitetinin  ( ATU ) rektoru olub. 
Havar Məmmədov Azərbaycan cəmiyyətində alim, ziyalı kimi deyil, tələbəyə pul kimi baxan rektor kimi ad çıxarmışdır. Bu adam bir vaxtlar ATU-nun idman zalını 20-30 manata itboğuşduranlara  icarəyə vermişdi. Yəni bu adam üçün əsas puldur. Deyilənə görə uzun illər  ATU-sda “3” qiyməti  50  manat, “4”  qiyməti 80 manat,  “ 5”  qiyməti  120 manat, dövlət imtahanlarının qiyməti isə  500 manat olub. Bu adam rektor olduğu  16  il müddətində sözün həqiqi mənasında oliqarxa çevrildi. Bu adamın biznes şəbəkəsinə baxın: Binəqədi rayonu, Xocahəsən qəsəbəsində fəaliyyət göstərən dəmir zavodunda armatur və digər məhsullar istehsal edilir. Dörd milyon dəyərində villa. Universitetin təmirinə ayrılmış pulların bir qismi Novxanıda bahalı villanın inşa edilməsinə sərf olunub. Heydər Əliyev Məscidinin yaxınlığında,  dəyəri  6 milyon  olan 3 mərtəbəli villası. Rektor Havar Məmmədov  “Saba Gars” avtomobil mərkəzinə və  “MakroMarket”  mağazalar şəbəkəsinə  50 faizlə  şərikdir. Və daha nələr… 
Sual oluna bilər ki, rektor bütün bunları hansı pulla əldə edib. Bəli, Havar Məmmədov artıq 2016-cı ildə rüvətxor rektor kimi ad çıxarmışdı. Hətta onunla bağlı Təhsil Nazirliyinin qərarı var idi. Ki, yaxın zamanlarda vəzifədən uzaqlaşdırılsın. Amma… 
Birdən Fətullah Gülən  məsələsi ortaya çıxdı və Qafqaz Universitetini  Havar müəllimə verdilər. 
Sözün düzü, Qafqaz universitetini Havar müəllimə vermək, təhsilə, elmə.....ironiya idi. 
Bəli, Havar Məmmədov 2016-cı ilin sentyabrından 2017-ci ilin martınadək Qafqaz Universitetinin rektoru vəzifələrində çalışıb. Sonradan Qafqaz Universiteti  Bakı Ali Neft Məktəbinin  tabeçiliyinə verilib. Amma az vaxt sonra həmən universitetin bazasında yeni bir ali məktəb,  Bakı Mühəndislik Universiteti  yaradılıb. Və rektoru Havar Məmmədov olub. 
Həə, ən maraqlısı odur ki, saytlarda  yayılan məlumata görə, Havar Məmmədov Bakı Mühəndislik Universitetinin ( BMU ) həyətini satır, icarəyə verir, hətta elan saytlarında universitetin 20 hektar ərazisində arpa-buğda əkiləcəyi ilə bağlı xəbər də var. 
Vallah deyəsən  Havar müəllim Azərbaycan təhsilinin başında turp əkəcək. 
İndi görək, Havar Məmmədovun müavinləri, yəni prorektorlar hansı oyunlardan çıxırlar. 
İlk öncə BMU-nin Tədris işləri üzrə prorektoru Həmzağa Orucovdan başlayaq. 
Bu adam BMU-ində boz kardinal kimi tanınır. Və əsasən işə qəbul, yəni ştat məsələsinə baxır. Yəni universitetə işə adam düzəltməklə böyük varidata sahib olub. Kəsr, imtahan biznesi də  Həmzağa Orucovun əlindədir. Deyirlər ki, o rektorun qara kassasıdır. 
İkinci prorektor isə BMU-nin Tərbiyə işlərinə məsul olan  Bayram Hüseynzadədir. 
Bu adam rektorun bütün gizli və qaranlıq işlərini həyata keçirir. Bu adama rektorun "panda qutusu" deyirlər. 
Rektorun Maliyyə məsələləri üzrə nümayəndəsi isə Elçin Zeynalov olub. Hazırda rəhmətə getdiyi üçün  Havar Məmmədov onun yerinə bir nəfəri  otuzdurub və onun əli ilə…
Maliyyə maxinasiyalarını, büdcədən ayrılan pulların mənimsənilməsini, tenderlər vasitəsilə pulların nağdlaşdırılmasını, mebel və başqa inventarların alınması ilə pulların silinməsini  həyata keçirir. 
Digər prorektorlar, Elmi işlər üzrə prorektor Elçin Süleymanov və Beynəlxalq əlaqələr  üzrə prorektor Manafəddin  Namazovun  barəsində də redaksiyamıza ilginc məlumatlar daxil olub. Hazırda araşdırırırq. 
Universitetin tədris müdiri ilə cavan müəlliməyə münasibəti, mühafizə rəisinin xanımlarla dostluğu, idman müəlliminin 1-ci kurs tələbəsi olan qıza təklifi və s...barədə çox yazıldığı üçün  təkrarçılıq etmirik. 
Bircə onu deyirk ki, Havar müəllimin universitetdə yaratdığı ab-hava  təkcə təhsilin səviyyəsinə deyil, həm də tələbələrin tərbiyəsinə də pis təsir edir.
Yazıda müxtəlif saytlarda  dərc olunmuş materiallardan istifadə edilib. 
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
P.S Növbəti sayımızda Havar Məmmədovun elmi rəhbərinin hansı millətin nümayəndəsi olması haqqında yazı dərc olunacaq. Bizi izləyin.
/Gundelik-baku.com/скачать dle 12.1