Ağcabədinin prokuroruna necə torba tikdin, Rafil Hüseynov…?
Cəmiyyət artıq loru dildə desək “naftalin iyi verən” bəzi məmurlardan bezib.
Həqiqətən də bəzi məmurlar neçə illərdir ki, cəmiyyətin gözünü “mazol” eləyib.
Belə məmurların biri, bəlkə də birincisi, Rafil Hüseynovdur.
Söhbət Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovdan gedir.
Bu adam haqqında uzun-uzadı yazıb oxucunu iyrəndirmək istəmirik.
Təsəvvür edirsiniz, bu adam uşaq bağçasındakı uşaqların yeməyinə, südünə, “kaşa”sına tamah salır, uşaq qidalarını satdırıb pul qazanır.
Biz hələ bu adamın Masallıda qəbristanlığı dağıdıb üzərində ticarət obyektləri tikdirməyini demirik....
Biz bu adamın şəhid atasına kəllə atmağını demirik...
Biz bu adamın dünyada analoqu olmayan yola əl atmasını, bağça müəllimələrini sorğu-sual etməsini, özündən Allah qoymasa test sualları tərtib etməsini demirik...
Biz bu adamın polis zabiti olan oğlu Şəhriyar Hüseynzadənin vətəndaşı tumançağ, alt paltarda aparmasını demirik...
Biz bu adamın 10 milyonluq villasının hansı pulla tikilməsini demirik...
Biz ötən yazımızda bu adamdan soruşduq ki, sənin 100 illik MAAŞ-ın = 1500 m x 12 ay x 100 il = 1.8 milyon...
Bəs sən Novxanıda 10 milyonuq villanı necə tikdirmisən, ay qoca Rafil Hüseynov?
Niyə buna görə, bizi məhkəməyə vermirsən ?
Qoy bütün cəmiyyət gəlib görsün ki, sən Novxanıdakı villanı hansı pulla tikdirmisən..?
Biz səndən soruşuruq ki, “Şirin çay”ı əxlaqsızlıq yuvasına, qumarxanaya çevirmisən, ay qoca Rafil.....
Biz səndən soruşuruq ki, Ağcabədinin prokurorunun torbasını necə tikdin, onun sənin sifarişinlə gördüyü işə görə necə işdən çıxardılar ?
Sənin barəndə mediada bu qədər faktlara söykənən yazılar dərc edilir, qoca Rafil...
Görəsən, Prezident Administrasiyasında oturanlar bunu oxumur..?
Görəsən, Rafilin güvəndiyi hansı şəxslər vətəndaşların bitib-tükənməyən şikayətlərini cırıb tullayır zibil qutusuna...
Kimlər imkan vermir ki, Rafil Hüseynovdan olan şikayətlər cənab Prezidentə çatsın..?
Sözün qısası, cənab Rafil Hüseynov, sənə bildirmək istəyirik ki, özünün bir məclisdə dediyin kimi "məndən naftalin iyi gəlir, məni buradan tərpətməsinlər başqa yer istəmirəm". Ay qoca Rafil Hüseynov doğrudan da deyəsən səndən naftalin iyi gəlir, bunu sən özün bilirsən yuxarılarda heç olmursanki bu naftalin iyindən hamının xəbəri olsun. Amma sənə bir sözümüz var, o "camadan Ramiz"ə ata deməyinə görə səni heç kim bağışlamayacaq. Yığdığın var-dövlət isə sənə qismət olmayacaq, çünki o var-dövləti Ağcabədidə Meronun yanında "soyuducu" deyilən yerdə körpələrin boğazından kəsilən pulun hesabına qazanmısan. Novxanıdakı villanı isə yüzdə-yüz müsadirə edəcəklər.
Sənin Novxanıda və başqa yerdə olan əmlakın dövlətin və millətin xeyrinə müsadirə olunmalı və sənin özün həbs olunmalısan, bunu biz demirik, Ağcabədililər deyir. /Gundelik-baku.com/
Cəmiyyətin gözünü “mazol” edən, “naftalin iyi verən” icra başçısı Rafil Hüseynov kimi məmurlardan qurtarmaq lazımdır… -Sensasion FAKTLAR
02
mart
10:31
Qarabağ
KOMMENTLƏR
Rafil Hüseynov, sənin oğlundan yazmaq şər-böhtandır ?- Həbs olunan Alimpaşa səni gözləyir Rafil Hüseynov
Geriyə baxma, qoca- Kresloda QOCALAN İCRA BAŞÇISI RAFİL HÜSEYNOV HƏBSXANANIN KANDARINDA…
Ağcabədinin icra başçısı Rafil Hüseynovun həbsi an məsələsidir...- ŞOK FAKTLAR
Ağcabədinin icra başçısı Rafil Hüseynovun həbsi qaçılmazdır…- Gündəlik Bakı icra başçısının qanunsuz sərəncamını dayandırdı…
Ağsabədidə Ramiz Mehdiyevin qanunları işləyir... - "Deməli, hələ də təhlükə qalır..."
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- "Referans" klinikasının direktoru arvadını niyə güllələyib?
- Bu şəxslər olduqları yer barədə qeydiyyatdan keçməkdən azad edildilər - 30 gün...
- 700 min vətəndaşa şad xəbər – Artım olacaq
- Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
- Elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib
- Ronaldo yenə sərvətinə sərvət qatdı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- “Kapital Bank” müştərilərdə narazılıq yaradır….
- Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı