İcra başçısı öz bacısı oğlunu rayon mərkəzinə nümayəndə təyin edib…
Masallının keçmiş, Ağcabədinin indiki icra başçısı Rafil Hüseynov barəsində ölkə mediasında dərc olunan rüsvayçı yazıları bir yerə yığıb 5 eşşəyə yükləsən çəkib apara bilməz.
Bu adamın şəhid ailələrinə qarşı hörmətsizlik etməsi, obyektləri satması, rayondakı qəbristanlığın ərazisini özəlləşdirməsi Masallıda lətifə kimi dolaşır.
Rafil Hüseynovun şəhidin statusunu ləğv etdirmək istəyi isə onun alnında qara ləkə kimi qalacaq.
Rafil Hüseynovun polis orqanlarında işləyən və atası kimi rüsvayçı əməllərə sahib olan oğlu Şəhriyar Hüseynzadənin vəzifəsindən qovulması da bir ləkədir.
O zaman hamı düşündü ki, öz oğlunu tərbiyə edə bilməyən bir adam 100 minlik rayona necə rəhbərlik edə bilər ?
Bütün bunlar azmış kimi son aylar Rafil Hüseynov elə bir hərəkət edib ki, heç bir qanuna, heç bir qaydaya, heç bir əndazəyə sığmır.
Bu barədə ölkə mətbuatında biz də Gundəlik-Bakı olaraq yazdıq və həyəcan təbili çaldıq.
Belə ki, Ağcabədinin icra başçısı Rafil Hüseynov bağçada işləyən qadınları testdən keçirmək barədə sərəncam verib.
Bu adam nə qədər həddini aşıbsa, başqa dövlət qurumunun, digər vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmək istəyib.
Axı, bu ölkədə bir Dövlət İmtahan Mərkəzi və onun bir sədri Məleykə Abbaszadə var.
Bəs, sən kimsən test sualları tərtib edib imtahan götürürsən, Rafil Hüseynov ?
Rafil Hüseynovun növbəti planı isə Ağcabədidə çalışan yüzlərlə müəllimi testdən keçirmək imiş.
Deməli, Allah qoymasa, icra başçısı Rafil Hüseynov bağçada çalışan müəllimələri icra hakimiyyətinə dəvət edərək sorğu-sual edir, ümumiyyətlə, heç məsələyə dəxli olmayan suallar verirmiş. Və şərt qoyurmuş, ərizənizi yazıb işdən çıxın.
Bu adam özünü gestapo hesab edir, nə hesab edir, başa düşmək olmur. Sən kimsən kimsəsiz qadınları işdən çıxarırsan. Sən məhkəmə sədrisən, yoxsa nəsən ki, işçiləri Əmək Məcəlləsinin C bəndi ilə işdən qovursan.
Sən kimsən ki, vətəndaşları kütləvi şəkildə dövlətdən narazı salırsan ?
Bu əməlin özü cinayətdir.
Bütün bunlar azmış kimi indi də daxil olan məlumata görə, Rafil Hüseynov öz bacısı Allahverdiyev Fikrət Aydın oğlunu icra başçısının Ağcabədi üzrə səlahiyyətli nümayəndəsi təyin edib.
Cənab Rafil Hüseynov AR-nın “Korrupsiya haqqında” Qanunu oxumusanmı ?
Bu da sənin bir qanunu pozmağın.
Sən rayonda yüzlərlə insanı gözü yaşlı, ehtiyac içində qoymusan.
Artıq sənin həbsin qaçılmazdır.
İnsanlar həyatda özləri üçün rəhmət qazanmağa çalışır. Sən deyəsən rəhmətdən də məhrum olmusan. Səni yapışdığın kreslodan qoparmağın vaxtı çatıb. /Gundelik-baku.com/
Ağcabədinin icra başçısı Rafil Hüseynovun həbsi qaçılmazdır…- Gündəlik Bakı icra başçısının qanunsuz sərəncamını dayandırdı…
28
oktyabr
11:24

Qarabağ
KOMMENTLƏR
Ağcabədinin icra başçısı Rafil Hüseynovun həbsi an məsələsidir...- ŞOK FAKTLAR
Rafil Hüseynov, sənin oğlundan yazmaq şər-böhtandır ?- Həbs olunan Alimpaşa səni gözləyir Rafil Hüseynov
“Qatil polisin” icra başçısı olan atası Rafil Hüseynov reketlik edir ?-VİDEOFAKTLAR
Vətəndaşı evindən çılpaq çıxaran polisin maraqlı HOBBİSİ
Qadın sahibkarı 10 min manata görə döydürən icra başçısı… - Rafil Hüseynov Masallıda qəbristanlığı söküb yerində obyekt tikmək istəyirmiş...
- Kəmaləddin Heydərov Ramiz Mehdiyevin qohumunu təqaüdə göndərdi
- İcra başçısı özünə yeni müavin təyin etdi
- "Onunla danışıqlar aparmaq çətindir" - Tramp
- İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
- "Laçının "Mədəniyyət Paytaxtı" elan edilməsi ilə əlaqədar Tədbirlər Planı təsdiqləndi" - Əli Əsədov
- Lisey və gimnaziyalara şagird qəbulu üzrə imtahan cədvəli açıqlandı
- Kolleclərə qəbul üçün qabiliyyət imtahanlarına qeydiyyat başlayır
- Rusiya Britaniya Şurasının fəaliyyətini arzuolunmaz elan edib
- "Rusiya atəşkəsə razı olsaydı, “Hörümçək toru” olmayacaqdı" - Zelenski
- Onların ABŞ-yə girişi qadağandır! - Trampdan qərar