İcra başçısı Seymur Orucovla Əziz Məsmalıyev əl-ələ verib Ağstafada idmanı “çiçəkləndirir”…
Gənc kadrların “bariz nümunəsi” olan Ağstafa RİH-nin başçısı Seymur Orucovun fəaliyyəti artıq nəinki mediada, hətta yüksək rəhbərlik səviyyəsində müzakirə olunur.
“Narxoz”un sabiq rektoru, keçmiş millət vəkili Şəmsəddin Hacıyevin kürəkəni, “Profsoyuz”un sədri, millət vəkili Səttar Mehbalıyevin bacısı oğlu olan bu cavan icra başçısının, ümumiyyətlə, kadr siyasətindən başı çıxmır.
Birincisi, Bakıda doğulub-böyümüş bu cavan icra başçısı rayonu tanımır. Və köhnə kadrlarla işləməyə məcbur olur. Köhnələr isə kimi gəldi təzə icra başçısına sırıyırlar.
İcra başçısına sırınan yeni kadrlardan biri də RİH-də uzun illər təhsil, səhiyyə, uşaq bağçalarını "ziyarət edən", dövlət təşkilatlarına işə adam düzəldən Əziz Məsmalıyevdir.
Bəli, Əziz Məsmaliyev rayonda “işverən”, yəni vəzifələrə adam düzəltməklə pul qazanan şəxs kimi tanınıb.
Bu adam idman yarışları adı altında nə qədər dövlət vəsaitini mənimsəyib.
Deməli, Seymur Orucov icra başçsıı olan kimi İdman İdarəsinin rəisini Statistika idarəsinə müdir göndərdi, Su idarəsinin müdirini harasa…
Bir soruşan olmadı ki, ay adam, idman hara, statistika hara..?
Beləcə, Seymur Orucova yaxınlığı sayəsində Əziz Məsmaliyev Ağstafada idmanı “çiçəkləndirir”.
Və “ölü canlar”dan idmançı hazırlayır. İdmançılara saxta “komandirovka” yazıb pulları silir.
Sözün qısası, Seymur Orucovla Əziz Məsmaliyev əl-ələ verib Ağstafada idmanı inkişaf etdirirlər.
P.S Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq. /Gundelik-baku.com/
İdman idarəsinin rəisi Əziz Məsmalıyevin “ölü canlar” biznesi…- Seymur Orucovla Əziz Masmalıyevin “şübhəli ortaqlığı”…
04
mart
10:38
Qarabağ
KOMMENTLƏR
Rayon sakinləri Seymur Orucovdan ciddi qərarlar gözləyirlərmiş - AĞSTAFANI KİMLƏR İDARƏ EDİR?
Seymur Orucov Bakıda oturub Ağstafanı mobil telefonla idarə edir…- Seymur Orucovun “ailə biznesi”…
Nizaməddin Quliyev getdi, Seymur Orucov gəldi, amma…. Rektorun kürəkəni, deputatın bacısı oğlu olan icra başçısı etimadı doğrultmadı….
Ağstafada başqa KADR TAPILMADI?.. - ŞOK İDDİALAR
Ağstafanın icra başçısı Seymur Orucovun qaynanası AMEA-da Ramiz Mehdiyevin “sağ əli”dir...- SENSASİON FAKTLAR
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- "Referans" klinikasının direktoru arvadını niyə güllələyib?
- Bu şəxslər olduqları yer barədə qeydiyyatdan keçməkdən azad edildilər - 30 gün...
- 700 min vətəndaşa şad xəbər – Artım olacaq
- Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
- Elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib
- Ronaldo yenə sərvətinə sərvət qatdı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- “Kapital Bank” müştərilərdə narazılıq yaradır….
- Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı