"Nazir Fərid Qayıbovun Ağstafadakı kadrı görün kimiymiş..." Bu barədə DİA.AZ-a göndərilən məlumatda deyilir.
Xatırladaq ki, bu yaxınlarda Gənclər və İdman naziri Fərid Qayıbovun Ağstafa Gənclər və İdman idarəsinə müdir təyin edib. Yeni təyin olunan Əziz Məsmalıyevlə bağlı müəyyən iddiaların yer aldığı məlumatda daha sonra bildirilir:
"Yeni müdir əvvəllər RİH-də humanitar sahəyə cavabdeh müavin Lalə Eyyubovanın pulyığanı imiş. Hazırda nazir Fərid Qayıbov Əziz Məsmalıyevi daha yüksək vəzifəyə idarə rəisi qoyub. Bu da gənc nazirin apardığı islahat..."
Beləcə narazılığın ifadə olunduğu məlumatda müəllif dia.az-a daha sonra bildirir: "Qeyd edək ki, Ağstafa İcra Hakimiyyətində 1-ci müavin olmuş, rüşvət və korrupsiya hallarına görə, həbs olunmuş Ramiz Tatarov artıq "yaxın silahdaşları" haqqında "məlumatlar ötürür", onları "baqaja" qoyur. O,Nizaməddin Quliyev ölən kimi bir sıra açıqlamalar verib, özünü sığortalamaq yolunu tutub. Amma bunları edərkən müəyyən faktların da üstünü açıb.
Belə ki,Ramiz Tatarov bildirib ki, aldığı rüşvəti ona RİH-nin müavini Lalə Eyyubova verib. Lalə Eyyubova isə verilmiş toplam pulu özü almadığını, ona bu pulu əvvəllər müavini işləmiş Əziz Məsmalıyevin gətirdiyini bildirib. O, açıqlamasında Əziz Məsmalıyevin Qırlı kənd uşaq bağçasının müdüründən 2000 min manat, Poylu qəsəbə 2 saylı uşaq bağçasının müdüründən 1000 manat, bağça müdiri Xalidə Hidayətqızından 1500 manat, Köçəskər kənd 1 saylı uşaq baxçasının müdiri Sevda Rəhimovadan 2500 manat rüşvət alaraq verib.
Başqa uşaq bağçaları və təhsil müəissələri ilə də Əziz Məsmalıyev "işləyib"- deyə, Lalə Eyyubova açıqlamasında bildirib. Bununla hər biri bir-birini ifşa ediblər. İndi bunlardan biri Ağstafa Gənclər və İdman idarəsində müdir, digəri hələ də Ağstafa RİH-də müavin işləyir..."
Ağstafada başqa KADR TAPILMADI?.. - ŞOK İDDİALAR
30
mart
11:15

Qarabağ
KOMMENTLƏR
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat
- İlham Əliyev Tokayevi təbrik etdi
- Sənədsiz evlərdə yaşayanlara sevindirici xəbər