
Əməkdaşımız Səxavət Məmməd onun barəsində verilən qərarı sifarişli hesab edir. Belə ki, yerli icra orqanı jurnalistin ünvanını bilə-bilə onun barəsində axtarış elan edib. Bu gün məhkəməyə dəvət olunan Səxavət Məmmədə 10 sutka həbs verilib.
O, şəxsi problemlərinə görə üzərinə düşən öhdəliyi yerinə yetirəcəyinə söz versə də, hakim Elşad Bayramov buna məhəl qoymayıb. Ona apellyasiya şikayəti vermək üçün də şərait yaradılmayıb.

O, bu barədə şəxsi bloqunda da yazmışdı. Sitat: “Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargahının rəisi general-polkovnik Nəcməddin Sadıkovun pensiya yaşına gəldiyi barədə yazım sosial mediada qeyri-sağlam reaksiyalara səbəb oldu. Generalın müdafiəsi üçün sosial şəbəkədə yaradılmış “trol ordusu” yuxarıdan verilən komanda ilə üzərimə hücuma keçib, təhqirlər, söyüşlər, aşağılayıcı ifadələr yağdırdılar. Halbuki, sadəcə jurnalist peşə borcumu-neytral mövqedən cəmiyyəti məlumatlandırmaq işimi görmüşdüm. Açıq cəmiyyətin nə olduğunu anlamayan dar dünyagörüşlü, dar düşüncəli adamlar və onları idarə edən xoflu cənablar düşünürlər ki, belə metodlarla cəmiyyətdə istədikləri fikri formalaşdıra bilərlər”.
www.yenicag.az