1991-ci ildə Şuşadakı məşhur Gövhər ağa məscidinin damını təmir edən usta Ədalət Heydərov ibadət evinin damını yenidən təmir etməyə hazır olduğunu bildirib.
Yenisabah.az xəbər verir ki, sosial şəbəkədə bununla bağlı paylaşılan videoda Ə.Heydərov vaxtilə təmir işlərinin necə aparılmasından danışıb. Bununla yanaşı, o, Şuşanın işğalından sonra məcburi köçkünə çevrilmələri, Bərdədə məskunlaşmaları, çəkdikləri əziyyətlər barədə də ətraflı danışıb. 
Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyevin rəhbərliyi altında müzəffər Azərbaycan Ordusunun işğal olunmuş torpaqlarımızı azad etməsini sevinclə dilə gətirən Şuşa sakini deyib ki, bununla da minlərlə ailənin məcburi köçkünçülük həyatına son qoyulub. 
O, Şuşanın yenidən qurulacağını, dirçələcəyini diqqətə çatdıraraq bildirib ki, doğma şəhərinin intibahı üçün əlindən gələni etməyə hazırdır: “Nə vəziyyətə salınıbsa, yenə də qəbulumuzdur. Şuşanı, Gövhər ağa məscidini yenidən öz əllərimizlə təmənnasız yenidən qurub bərpa edəcəyik”.
 
 
скачать dle 12.1