"Bu gün Azərbaycan sözün həqiqi mənasında böyük intellektual sərvəti olan ölkədir".
Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycanın Baş nazirinin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini - icra katibi Əli Əhmədov VI Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasının açılış mərasimində deyib.
Əli Əhmədovun sözlərinə görə, Azərbaycan bu gününü və gələcəyini bu sərvətdən ayrı təsvir etmir: "İnsan kapitalının inkişafını kitabsız təsəvvür etmək mümkün deyil. Kitab yarmarkasının keçirilməsi hər şeydən əvvəl Azərbaycanda kitabın təbliğatı üçün həyata keçirilən əzəmətli təşəbbüsdür. Kitab bilik, mədəniyyət, eyni zamanda, insanın, cəmiyyətin inkişafı deməkdir. Bütövlükdə cəmiyyətin mədəni, intellektual, iqtisadi inkişafı öz başlanğıcını, eyni zamanda kitabdan, biliklərdən götürür. Kitaba məhəbbət bu mənada cəmiyyətin, insanların biliklərə, elmlərə həvəsinin artırılması ilə əlaqədardır. Azərbaycan qədimdən elmə, biliyə həvəsi olan ölkə olub. Bu həvəsin yaradılmasında kitab misilsiz rol oynayıb".
Baş Nazirin müavini əlavə edib ki, Azərbaycanda kitaba hər zaman məhəbbət olub və bu, çox sevindirici haldır. Gənc nəsildə kitaba məhəbbətin artırılmasına xüsusi diqqət verilməlidir.
Ə.Əhmədov hesab edir ki, bununla gənclər həm zəngin biliklər əldə edəcək, həm onların intellektual, mədəni səviyyələri yüksələcək, dünyagörüşləri artacaq, həm də Azərbaycana xidmət edə biləcək layiqli vətəndaşa çevriləcəklər: "Hesab edirəm ki, gənclərin kitaba məhəbbətini daha da gücləndirməklə cəmiyyətimizi daim irəli apara biləcəyik. Mədəniyyət Nazirliyi də Azərbaycanda kitabın təbliğ olunması üçün yaxşı layihələr həyata keçirir".
Əli Əhmədov: "Gənc nəsildə kitaba məhəbbətin artırılmasına xüsusi diqqət verilməlidir"
27
sentyabr
16:30
Qarabağ
KOMMENTLƏR
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- "Referans" klinikasının direktoru arvadını niyə güllələyib?
- Bu şəxslər olduqları yer barədə qeydiyyatdan keçməkdən azad edildilər - 30 gün...
- 700 min vətəndaşa şad xəbər – Artım olacaq
- Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
- Elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib
- Ronaldo yenə sərvətinə sərvət qatdı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- “Kapital Bank” müştərilərdə narazılıq yaradır….
- Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı