Mart ayında izləyicilərə təqdim olunacaqən maraqlı filmlər barədə məlumat veririk.

Mart ayında “Mandaloralı” serialı üçüncü mövsümünə start verəcək. Bu mövsümdə qalaktikalararası “kəllə ovçusu”nun ustadı Yodanın irqindən bir  uşağı övladlığa götürməsindən bəhs olunacaq.

“Kral və təlxək” musiqili nağıl filmdir. Film həm uşaqlara, həm də böyüklərə maraqlı gələcək.

“Ceyzi Cons və The Six” bir rok qrupun uğurları və çöküşü barədədir.

“Perri Meyson” ikinci mövsümdə də tamaşaçıları ekran qarşısına kilidləyəcək. Film I Dünya Müharibəsi zamanı xəfiyyə işləmiş vəkilin fəaliyyətindən bəhs edir.

“Böyrək” serialı ikinci mövsümdə də tamaşaçılarına gülüş dolu anlar yaşadacaq.

“Sən” dedektiv filmi ölkəsini dəyişmiş qatilin naməlum şəxs tərəfindən izlənməsini əks etdirir.

“Qotem cənagavərləri” Betmenin oğlunun qəhrəmanlıqlarından bəhs edir.

“Ağ Evin ustaları” filmi Riçard Niksonun rəhbərliyi dövründə Prezident sarayındakı xainlərin aşkarlanması ilə məşğul olan iki əməliyyatçının fəaliyyəti barədədir.
Bu və digər maraqlı filmləri internetdə, müxtəlif film platformalarında izləyə bilərsiniz.
 скачать dle 12.1