İnkişaf dinamik prosesdir. İnkişaf yenilənmədir və bu özünü bütün sahələrdə göstərir. Cəmiyyətimizin siyasi, iqtisadi, sosial həyatı daim dəyişir və buna uyğun olaraq da qanunvericilik bazası yenilənir. Biz bu inkişafı siyasi sferada da görürük və siyasi dialoq bu prosesdə xüsusi əhəmiyyət kəsb edir.
Bunu Trend-ə açıqlamasında Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.
Deputat bildirib ki, Prezident Administrasiyasında aparılmış struktur dəyişikliklərindən sonra yeni yaradılmış siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsi ölkəmizdə siyasi dialoqun qurulması, inkişafı istiqamətində əhəmiyyətli addımlar atıb:
“Bu günə qədər artıq 50-yə qədər siyasi partiya rəhbəri ilə görüşlər keçirilib. Bu rəqəm bir daha onu göstərir ki, siyasi partiyalar, xüsusilə də onların arasındakı müxalifət partiyaları siyasi dialoqa müsbət proses kimi baxır. Lakin çox təəssüflər olsun ki, ümumi siyasi inkişaf prosesinə müsbət təsir edən siyasi dialoq tendensiyasına zərbə vurmağa çalışanlar da tapılır. AXCP-də və “Milli Şura”da birləşmiş, özlərinə müxalifət deyən bir qrup radikalist və ekstremistlər Əli Kərimlinin başçılığı ilə ölkəmizdə təxribatlar törətməyə, ictimai rəyi çaşdırmağa və siyasi dialoq prosesinin uğurlarına kölgə salmağa çalışırlar. Hər kəs artıq bilir ki, Əli Kərimliyə də siyasi dialoqda iştirak dəvəti göndərilsə də, o, “beşinci kolon” təmsilçisi olduğu üçün ilk dörd kolondan aldığı tapşırığa əsasən müxtəlif “şərtlər”, əslində isə bəhanələr ilə bu prosesdən imtina etdi. Əli Kərimli bu hərəkəti ilə bir daha siyasi partiya deyil, dərnək rəhbəri olduğunu isbatladı”.
“İslahat kateqoriyasının mənasını anlamayan Əli Kərimlinin siyasi dialoqa “karyerasına” təhlükə kimi baxmağı da təbiidir”, - deyən Sədaqət Vəliyeva əlavə edib ki, dərnək rəhbəri hələ islahat sözünün belə mənasını bilmir:
“Ötən gün oğurluq bir müsahibəsində deyir ki, “islahat olmayanı etmək deməkdir”. Bu cümlə bəs edir ki, Əli Kərimli kimi birisinin həm intellekt, həm də siyasi savad baxımdan əziyyət çəkdiyini müəyyən edəsən. Heç olmasa, müsahibədən öncə o qarşındakı kompyuterdə hazır yazılmış tezislərin yanına islahat sözü ilə bağlı vikipediya məlumatını yerləşdirərdin ki, ictimaiyyəti güldürməyəsən özünə. Son günlər sosial şəbəkələr üzərindən AXCP və “Milli Şura” daxilində baş verən təhqir və özünüifşa halları da onu göstərir ki, dərnək əhli və onun rəhbəri təşviş içindədirlər”.
Sədaqət Vəliyeva diqqətə çatdırıb ki, siyasi dialoq ölkəmizdə yeni siyasi konfiqurasiya formalaşdıracaq, lakin burada radikalistlərə və ekstremistlərə yer olmayacaq. Çünki, bu, bir siyasi olduğu qədər də, sosial tələbdir.
Əli Kərimlinin siyasi dialoqa “karyerasına” təhlükə kimi baxmağı da təbiidir
27
aprel
13:39
Qarabağ
KOMMENTLƏR
Komitə sədri müxalifətə çağırış etdi
Partiyaların hesabat vermələri üçün nəzərdə tutulan müddət başa çatır
Əli Əhmədov: "YAP sıralarında sağlam, vətənpərvər, intellektual gənclər birləşib"
Akademik: Prezident İlham Əliyev dünyada qəbul olunmuş görkəmli siyasi liderdir
“Əli Kərimli indi “internet şousu” vasitəsilə özünü qəhrəmana çevirməyə çalışır“
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Anar Ələkbərov Prezidentə görülmüş işlər barədə məlumat verdi - FOTOLAR
- "Qrem Ukrayna münaqişəsinin davam etməsini istəyirdi" - Tramp
- İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul etdi - FOTOLAR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Şəhid Xudayar Yusifzadənin doğum günüdür
- "Azərbaycanda fəaliyyət göstərmək şirkətlərə daha geniş regional bazara çıxış imkanı yaradır" - Nazir
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- "Dövlətimiz, Ordumuz güclüdür!" - İlham Əliyev