Başqa vaxt deyirlər, Ermənistan kasıb ölkədir. Dünya da, Avropada belə qəbul edir. Ermənilər özlərini "kasıb ölkə" kimi təqdim etməkdə maraqlıdırlar. Çünki bu halda xaricdən ianələr, kredit tranşları, bonuslar çox gəlir.
Düzdür, gerçəkdən də qərb qonşumuz, qatı düşmənimiz varlı ölkə deyil və əhalisi kasıblıq üzündən ölkə hüdudlarını tərk edir, amma eyni şeyi bu kasıb ölkənin siyasi liderləri, oliqarxları haqqında demək olmaz.
Məsələn, "kasıb ölkə"nin baş naziri Nikol Paşinyan 1.3 milyon dollar dəyəri olan "Patek Philippe" markalı qol saatı istifadə edirsə, bu, artıq onun "əlinin aşağı olması"ndan xəbər vermir.
Xaricdən gələn ianələr hesabına yaşayan Ermənistanın baş nazirinin belə bahalı aksessuarlardan istifadə etməsi onun özünün və ailəsinin adının qaçaqmalçılıq, korrupsiya və s. neqativ işlərdə hallanmasının həqiqət olduğunu göstərir.
Aşağıdakı şəkillərdə Paşinyanın saatının şəkli və qiyməti göstərilir.
Güman ki, adi ermənilər bu bahalı saatı görəndən sonra Paşinyanın öz saatının yetişdiyi fikrinə fokuslanacaqlar.(Musavat.com)


скачать dle 12.1