Ermənistanda hakimiyyətdə hansı siyasi qüvvənin olmasəndan asılı olmayaraq, bu ölkənin terrorçu və faşist mahiyyəti dəyişməzdir.
Bunu “Ölkə.Az”a açıqlamasında AMİP sədr əvəzi Arzuxan Əlizadə deyib.
Onun sözlərinə görə, bu özünü “demokrat” adlandıran Nikol Paşinyanın hakimiyyətə gəlişi də sübut etdi. “Əgər ondan öncə Ermənistanı cinayətkar hərbi xunta idarə edirdisə, 2018-ci ildə hakimiyyətə özlərini “demokratik” və “demokratik dəyərlərə, insane haqlarının müdafişisi” kimi qələmə verən Nikol Paşinyanın komandası hakimiyyətə gəldi. Məgər ondan sonra Ermənistan-Azərbaycan münaqişəsinin həllində hansısa irəliləyiş oldumu? Xeyr! Əksinə danışqılar prosesi dalan dirəndi. Nəticədə Ermənistan tərəfin işğalçılıq siyasətini davam etdirməkdə israrlı olduğunu ortaya qoyaraq, davamalı olaraq bölgədə vəziyyətin daha da gərginləşməsi istiqamətində təxribatçı fəaliyyətini davam etdirməkdədir.Çox təəssüflər olsun ki, münaqişənin həllində vasitəçi rolunu oynayan ATƏT MQ həmsədrləri də İrəvanının bu təxribatçı fəaliyyətinə göz yummaqdadırlar. Yaxud da dolayısı ilə ona dəstək verməklə bölgədə gərginliyin saxlanması ilə öz geosiyasi maraqlarının təmin olunması uğrunda mübarizə aparırlar. Düzdür, Azərbaycan tərəfinin yürütdüyü xarici siyasət nəticəsində beynəlxalq aləmdə münaqişənin həllinə münasibətdə ciddi dəyişikliklər baş verib. Artıq beynəlxalq aləm və beynəlxalq təşkilatlar bu məsələdə Azərbaycanın haqlı və Ermənistanın işğalçı dövlət olduğunu qəbul edirlər. Bu da qəbul edilən sənədlərdə öğz əksini tapır. Beynəlxalq aləm birmənalı şəkildə Ermənistan-Azərbaycan münaqişəsinin Azərbaycanın suverenliyi, ərazi bütövlüyü çərçivəsində beynəlxalq hüququn prinsiplərinə uyğun şəkildə həllini tələb edir. Sadəcə olaraq Ermənistan hələ də destruktiv mövqeyindən əl çəkmək niyyətində deyil. Ancaq Ermənistan onu da bilməlidir ki, Azərbaycanı səbri sonsuz deyil. Ermənistan da yaxşı anlayır ki, “Aprel döyüşləri” təkrarlanması qaçılmazdır və bu baş verəcəyi təqdirdə bölgədə hansı vəziyyətin yaranacağını da yaxşı bilirlər. Çünki bu gün güclü Azərbaycan ordusu var və qarşıya qoyulan hədəflərə qısa zamanda nail olmağa qadirdir”- A.Əlizadə deyib.
“Müharibə bitməyib, son sözü Azərbacan ordusu deyəcək”
04
iyun
17:52

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat