Nikol Paşinyan Dağlıq Qarabağdakı uğursuzluqlarının səbəbkarını "tapıb". Artıq Ermənistanda açıq-aşkar Rusiyanı günahlandırmağa başlayıblar.
Bu barədə Rusiya KİV-də məlumatlar dərc olunub.
Bildirilir ki, Yerevan anti-Rusiya kampaniyasını yerli politoloqların əli ilə aparır. Belə ki, erməni politoloq, Soros fondu tərəfindən maliyyələşdirilən Stepan Qriqoryan öz müsahibəsində Rusiyanı etibarsız tərəfdaş olmaqda ittiham edib.
O bildirib ki, gözlənilənlərin əksinə olaraq Rusiya Ermənistanı Dağlıq Qarabağ məsələsində dəstəkləməkdən imtina edib.
Bundan başqa, politoloq Rusiyanın Ermənistanı təchiz etdiyi silah və hərbi texnikanın keyfiyyətsizliyindən şikayət edib:
“Rusiyanın silahları Türkiyə və İsrailin Azərbaycana tədarük etdiyi silahlardan geri qalır. Dronlar, özügedən qurğular özünü çox yaxşı göstərir, amma Rusiyanın texnikası isə yox. Rusiya həm siyasi, həm də hərbi tərəfdaş kimi etibarsızdır”.
Qeyd edək ki, münaqişə müddətində Yerevan Qarabağ məsələsi ilə bağlı dəfələrlə Rusiyaya kömək üçün müraciət etsə də, Moskva köməyin yalnız Ermənistan ərazisinə təhdid ola biləcəyi təqdirdə ediləcəyini bildirib. (Trend)
Yerevanda anti-Rusiya kampaniyası genişlənir
02
noyabr
11:05

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat