Armud ən faydalı meyvələrdən biridir. Armudun tərkibində vitaminlər, minerallar, qidali liflər, orqanik turşular və s. faydalı maddələr var.
Bakisesi.com medicina.az-a istinadən bildirir ki, hələ qədim zamanlardan çinlilər armud meyvəsini - uzunömürlülük simvolu adlandırırdılar, çünki armud ağacı digər meyvə ağaclarından daha uzun ömür sürür. Armud ağ çiçəkli bir ağacın yumşaq, sulu və şirin meyvəsidir. Armud sarı-yaşıl arası rənglərdə, lifli, həzmi asan və mineral baxımından olduqca zəngin bir meyvədir.
- Armud arıqlamağa kömək edir. Zəngin lif mənbəyi olan armud uzun müddət tox tutmağı təmin edir.
- Xərçəngin qarşısını alır. Anti-kanserogen xüsusiyyətləri ilə mümkün xərçəng hüceyrələrinin meydana gəlməsinin qarşısını alır.
- Tərkibindəki antioksidanlar sayəsində soyuqdəymə, qrip və qrip kimi xəstəliklərə qarşı toxunulmazlığı güclü saxlayır.
- Həzm sisteminə müsbət təsir edir.
- Ürək sağlamlığı üçün faydalıdır və qan artırır. Kaliumla zəngin olduğu üçün ürək sağlamlığı üçün faydalıdır. Digər tərəfdən, bədənin hər tərəfində qan dövranını gücləndirir.
- Sümükləri gücləndirir. Armuddakı minerallar sümükləri möhkəmləndirir.
- Diabetik xəstələr üçün tövsiyə olunur. Ümumiyyətlə həkimlər armudu diabet xəstələrinin qida rasionlarına salmalarını məsləhət görür.
Yüksək qan təzyiqinin qarşısını alır. Nəfəs darlığı üçün yaxşıdır. Qızdırmanı aşağı salır.
- Armudda fol turşusu (B9 vitamini) çoxdur. Bu vitamin insanın qanyaratma sistemi üçün çox vacibdir. Həmçinin fol turşusu hamiləlik zamanı ən vacib vitamin sayılır. Bu vitamin döldə anadangəlmə qüsurların inkişafının qarşısını alır.
- Armud K vitamini ilə zəngindir. K vitamini damarlarda trombların əmələ gəlməsinin qarşısını alır.
- Armud kişilər üçün çox faydalıdır. Xalq təbabətində armud kompotu və armud çayı prostatit zamanı və bu xəstəliyin profilaktikası məqsədi ilə istifadə olunur.
Armudun bitməyən faydaları – İnanmayacaqsız!
11
oktyabr
15:00

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat