Artıq bir ildir pandemiya səbəbi ilə şadlıq sarayları bağlıdır. Buna görə gəlir yerləri yalnız toylardan olan müğənnilər aylardır “qan ağlayırlar”.
Dünyanın inkişaf etmiş ölkələrinin müğənniləri zəngin həyat tərzinə malikdir. Nəinki müğənnilər, buraya aktyorlar, idmançılar, şou-bizneslə məşğul olan əksər sənətçilər də daxildir.
Bəs görəsən Azərbaycanda müğənnilərin niyə alternativ qazanc yerləri yoxdur?
Məsələ ilə bağlı danışan Xalq artisti Səməd Səmədov qeyd edib ki, əcnəbi müğənnilər xarici ölkələrə turnelər, konsertlər təşkil edir və bundan gəlir əldə edirlər. Bizdə isə bu edilmir, nəticədə, müğənnilər toydan asılı vəziyyətdə qalırlar:
“İş burasındadır ki, xarici ölkələrdə sənətçilər turnelər, konsertlər təşkil edir, bir konsert üçün külli miqdarda pul əldə edirlər. Ancaq bizdə isə o bazar yoxdur. Bizə yaxın olan Türkiyə, Rusiyaya nəzər yetirsək görərik ki, orada tez-tez konsertlər olur. Orada müğənnilərin toylara ehtiyacı yoxdur, heç vaxt da olmayıb. Amma Azərbaycanda vəziyyət fərqlidir. Biz illərlə müharibə şəraitində yaşamışıq, ona görə bizdə konsertlər yox idi və bizim ümidimiz ancaq toylara olub. Müğənnilər həmişə toylardan qazanıblar. İndi isə vəziyyət həqiqətən çox çətindir. Müğənnilər, musiqiçilər hamısı az qala acından ölürlər. Mən özüm təqaüdlə dolanıram. 220 manat təqaüd alıram. Heç yerdə də iş yoxdur, ümidimiz yalnız “pensiya”yadır. Mən ümid edirəm ki, pandemiya tezliklə bitəcək, bu bəladan bütün dünya qurtulacaq”.
Səməd Səmədov müğənnilərdən danışdı: “Hamısı acından ölür“
12
mart
14:46

Qarabağ
KOMMENTLƏR
“İnsanlar çörək almağa pul tapmır“ - Səməd Səmədov
“Nişanlı gənclərimiz toy edə bilmirlər“ - Niyaməddin Musayev
“Kül sənin müğənni təpənə!“ - “Gedib peraşki satsınlar...“
“İcra başçıları müğənnilərin pulunu vermir” - Lalə Məmmədova
“Toy olsa da, olmasa da, mənim üçün fərq eləmir” - Niyaməddin Musayev
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat