Hələ yay gəlməmiş Biləsuvar rayon İsmətli kəndinin sakinləri içməyə su tapmır.
Bu barədə Qaynarinfo-ya İsmətli kəndin sakinləri məlumat verib. Onların sözlərinə görə, kəndi su ilə təmin edən cəmi bir kanal var:
"Kəndin hardasa 5 min əhalisi var. Bütün əhali bu kanaldan istifadə edir. Kəndin içməli suyu ilə yanaşı, sakinlərin təsərrüfat sahələri də bu kanal vasitəsi ilə suvarılır. Elə bu səbəbdən də camaat susuz qalır. Kənd sakinləri təsərrüfatlarını suvarmaq üçün günlərlə kanalın ağzını bağlayır. Suvarma iki-üç gün də davam edə bilər. Həmin vaxt kənd sakinləri susuz qalır. Bundan əlavə, kanal çirkabdan görünmür. Su gəlməyən vaxtlarda Afrikadakı gölməçələrə bənzəyir. Kim əlinə nə gəldi, kanala atır. Kanal infeksiya mənbəyinə çevrilib”.
İsmətli kənd bələdiyyəsinin sədri Zaur Seyfiyev Qaynarinfo-ya açıqlamasında bildirib ki, kənd sakinləri bağlarını suvarmaq üçün kanalın ağzını müvvəqəti bağlayıb:
"Kanalda daima su olur. Kənddə cəmi bir kanal var. Oradan həm içməli su kimi istifadə olunur, həm də bağlar suvarılır. Sakinlərin bəzilərinin evi hündürdür, su çıxmır. Məhz bu səbəbdən də suvarma işləri aparan zaman kanalın ağzını bağlayırlar. Suvarma başa çatandan sonra isə açırlar. Bu da ay ərzində bir və iki dəfə olur. Bu məsələ rayon səviyyəsində də qaldırılıb. Qısa vaxt ərzində problem həllini tapacaq. Yarım saata kimi kanala su gələcək. Kəndin 4 min 600 nəfər əhalisi var”.
Biləsuvarın İsmətli kəndinin kanalı qurudu, sakinlər içməyə su tapmır (VİDEO)
24
may
14:55
Qarabağ
KOMMENTLƏR
Örüş sahələri işğal olunan Ağsu kəndliləri Prezidentə müraciət etdi
“İcra başçısının qardaşı korrupsiya şəbəkəsi yaradıb” - Şilyan kəndinin sakinləri susuzluqdan əziyyət çəkir
Başçısı həbs olunan rayonda sakinlər çarəsiz qalıb... - Şikayətlərə baxan yoxdur...
Bu kəndin məktəbliləri pandemiyada bir dəfə də olsun təhsil üzü görməyiblər... - Kənddə telefon xətti belə yoxdur...
Asif Ağayev kimi icra başçısı olmaqdansa... - GİLEY
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Anar Ələkbərov Prezidentə görülmüş işlər barədə məlumat verdi - FOTOLAR
- "Qrem Ukrayna münaqişəsinin davam etməsini istəyirdi" - Tramp
- İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul etdi - FOTOLAR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Şəhid Xudayar Yusifzadənin doğum günüdür
- "Azərbaycanda fəaliyyət göstərmək şirkətlərə daha geniş regional bazara çıxış imkanı yaradır" - Nazir
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- "Dövlətimiz, Ordumuz güclüdür!" - İlham Əliyev