Müstəqillik qazanandan sonra texnikumların adını dəyişib kollec qoyduq. Amma mahiyyət və məzmun dəyişmədi. Əslində dəyişdi. Təəssüf ki, yaxşılığa doğru deyil, mənfiyə doğru. Belə kolleclərdən biri də 1959-cu ildən fəaliyyət göstərən Sumqayıt Texnologiya Texnikumunun bazasında yaradılmış Sumqayıt Dövlət Texniki Kollecidir. Kollecin direktoru sabiq təhsil naziri Misir Mərdanovun yadigarı olan dosent Mətanət Pirquliyevadır.Məlumat üçün qeyd edək ki, kollec Sumqayıt Dövlət Universitetinin nəzdində fəaliyyət göstərir. Mətanət xanımın tələbələrin başına açdığı maraqlı oyunlar növbəti yazının mövzusudur. İndki yazının mövzusu Raya xanımla bağlıdır. Raya xanım kimdir ? Raya xanım Nəcəfova Azərbaycan Müəllimlər İnstitutunun Sumqayıt filialının direktorudur. Məlumat üçün qeyd edək ki, Raya Nəcəfova Mətanət Pirquliyevanın dost-doğma xalasıdır. Raya Nəcəfova isə…1995-ci ildən 2000-ci ilədək Azərbaycan Respublikası Baş Prokurorunun birinci müavini, sonra Konstitusiya Məhkəməsinin hakimi olan İsa Nəcəfovun bacısıdır. Bizim ağsaqqal hüquq alimi, Tusi klinikasında LOĞMAN kabinetində oturan İsa müəllimlə hansısa problemimiz yoxdur. Sadəcə, yaxşı olar ki, hüquq alimi olan İsa Nəcəfov öz yaxın qohumlarının problemini həll etsin. Problem deyiləndə...söhbət xala-bala, yəni Mətanət Pirquliyeva ilə Raya Nəcəfova arasında olan böyük məbləğdə maliyyə problemindən gedir. Yəqin ki, İsa Nəcəfov bu məsələni ölkə konstitusiyasına uyğun çözəcək.Məsələ ilə bağlı Gündəlik Bakı qəzetinin araşdırması davam edir
Sumqayıtda kollec direktoru Mətanət Pirquliyeva ilə institut direktoru Raya Nəcəfovanın problemi…-Hüquq alimi İsa Nəcəfov qohumlarının problemini həll edə biləcəkmi ?
21
avqust
16:31
Qarabağ
KOMMENTLƏR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Anar Ələkbərov Prezidentə görülmüş işlər barədə məlumat verdi - FOTOLAR
- "Qrem Ukrayna münaqişəsinin davam etməsini istəyirdi" - Tramp
- İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul etdi - FOTOLAR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Şəhid Xudayar Yusifzadənin doğum günüdür
- "Azərbaycanda fəaliyyət göstərmək şirkətlərə daha geniş regional bazara çıxış imkanı yaradır" - Nazir
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- "Dövlətimiz, Ordumuz güclüdür!" - İlham Əliyev