Azərbaycan Dillər Universitetinin (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunda Konfutsi institutları gününə, eləcə də Çin mütəfəkkiri və filosofu Konfutsinin doğum gününə həsr olunmuş bayram tədbiri keçirilib.
Unikal.org xəbər verir ki, aılış nitqi ilə çıxış edən Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov təhsil sahəsində Azərbaycan-Çin əməkdaşlığından danışıb, ümummilli lider Heydər Əliyev və Prezident İlham Əliyevin Çinə səfərləri zamanı imzalanmış sazişlərin əhəmiyyətini vurğulayıb. Konfutsi İnstitutunun əsas fəaliyyət istiqamətlərindən söz açan Rafiq Abbasov Trans-Avrasiya İqtisadi və nəqliyyat dəhlizlərinin yaradılmasına yönəlmiş Çin təşəbbüsü “Bir kəmər və bir yol” layihəsinin həyata keçirilməsində Azərbaycanın elmi tədqiqatların aparılması sahəsində ixtisaslaşdığını xüsusi qeyd edib.
ADU-nun Konfutsi İnstitutunun əməkdaşları qonaqları Çin dilinin yayılması, Çin dilinin və mədəniyyətinin tanıdılması üzrə Dövlət Dəftərxanasının fəaliyyəti, ADU-nun Konfutsi İnstitutunun təsis edilməsi üzrə rəsmi tərəfdaşı olan Huçjou Universitetinin Təhsil əlaqələri, Çin dili kurslarında qəbul və təlim qaydaları, Çində müxtəlif təcrübə və təhsil proqramları ilə tanış ediblər.
ADU tələbələrinin ifasında Çin ənənəvi mahnıları səsləndirilib, Çin gimnastikası Tay ciçuan elementləri nümayiş etdirilib. ADU-nun Konfutsi İnstitutunun əməkdaşları Çin xəttatlığı və Çin kağızdan kəsilmə sənəti üzrə ustad dərsləri keçiriblər.
Sonda ənənəvi Çin çay mərasimi və Çin milli geyimlərində fotosessiya keçirilib.
ADU-da Konfutsi institutları günü qeyd olundu
04
oktyabr
15:00

Qarabağ
KOMMENTLƏR
ADU ilə Polis Akademiyası arasında Protokol imzalandı
AzMİU-da beynəlxalq konfrans öz işinə başladı
"Vətənə məhəbbət, Azərbaycan xalqına və dövlətinə bağlılıq onu bütün həyatı boyu fərqləndirib"
Kamal Abdulla Hindistan səfiri ilə görüşdü
Misir Mərdanov: "Cəmiyyətin tərəqqisində müəllimlərin böyük əməyi və rolu var"
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat