“Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində müzəffər Ali Baş Komandanının rəhbərliyi ilə yeni tarixi reallıqlar yaradıb, ölkəmizin ərazi bütövlüyünü, suverenliyini, sərhədlərimizin toxunulmazlığını bərpa edib. Bu reallığı bütün dünya, eyni zamanda Rusiya qəbul edib”.
Bunu açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib.
Deputatın sözlərinə görə, bir sıra hallarda biz sülhməramlı qüvvələrin fəaliyyətində ümumi prinsiplərdən çıxmalara rast gəlirik: “Ölkə Prezidenti də öz çıxışlarında Rusiya sülhməramlılarının fəaliyyətindən prinsip etibarilə razı qalsa da, bir sıra məsələlərdə onların fəaliyyətini tənqid edib. Eyni zamanda, cənab Prezident ötən ilin iyul ayının 7-də Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonalarının yaradılması haqqında fərman imzalayıb və qeyd edib ki, qoy beynəlxalq qurumlar, beynəlxalq təşkilatlar bunu dərk etsinlər ki, artıq Dağlıq Qarabağ deyilən ərazi vahidi yoxdur. Qarabağ var, Şərqi Zəngəzur var və onlar öz çıxışlarını hazırlayarkən, çıxışlarında həmin ərazi ilə bağlı fikir söyləyərkən Dağlıq Qarabağ deyil, məhz Qarabağ, Şərqi Zəngəzur ifadələrindən istifadə etsinlər”.
E.Nəsirov vurğulayıb ki, görünür, bu yeniliklər Rusiya sülhməramlılarının fəaliyyətində bir qədər gec həzm olunur: “Lakin danılmaz bir həqiqət var və o həqiqəti heç nə ilə gizlətmək olmaz. Həqiqət isə ondan ibarətdir ki, artıq nə Dağlıq Qarabağ deyilən inzibati ərazi vahidi, nə də statusla bağlı məsələ var. Bu reallığın qəbul edilməsi görünür, kimlər üçünsə çətin gəlir. Amma hər şeyi zaman öz yerinə qoyur. Hesab edirəm ki, bir müddətdən sonra onların da dili öyrəşəcək və Qarabağ, Şərqi Zəngəzur deyəcəklər. Kimsə tarixin gedişatını poza bilməz”.
Rusiya bu reallığı qəbul edib - Deputat
07
fevral
12:43
Qarabağ
KOMMENTLƏR
Elman Nəsirov: “Bu, həm də rus sülhməramlıların Qarabağdakı fəaliyyətinə kölgə salır”
“Rusiya MN-in “Dağlıq Qarabağ” ifadəsini işlətməsi yolverilməzdir” – Elman Nəsirov
İlham Əliyev: "Həm Qarabağ, həm Zəngəzur bizim tarixi dədə-baba torpağımızdır"
Deputat: Moskva Bəyannaməsi Azərbaycanın milli dövlətçilik maraqlarına tam uyğundur
Ukrayna cəbhəsində düşmən olan Qərblə Rusiya Qarabağda niyə həmrəylik göstərir? - Gizli planın PƏRDƏARXASI MƏQAMLARI
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- "Referans" klinikasının direktoru arvadını niyə güllələyib?
- Bu şəxslər olduqları yer barədə qeydiyyatdan keçməkdən azad edildilər - 30 gün...
- 700 min vətəndaşa şad xəbər – Artım olacaq
- Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
- Elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib
- Ronaldo yenə sərvətinə sərvət qatdı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- “Kapital Bank” müştərilərdə narazılıq yaradır….
- Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı