Tanınmış prodakşn rəhbəri Cəlal Qurbanov obyekt sahibini döyüb.
Report-un məlumatına görə, hadisə aprelin 6-sı, saat 14:40 radələrində paytaxtın Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi, 36 ünvanında yerləşən “Pinachi” kimyəvi təmizləmə mərkəzində qeydə alınıb.
Belə ki, C.Qurbanov və onun bir neçə tanışı obyektin sahibi Fəhmin Əlizadənin üzərinə hücum edərək onu döyüblər.
Hadisə ilə bağl Daxili İşlər Nazirliyinin (DİN) "102" Xidməti-Zəng Mərkəzinə müraciət edilib. DİN-dən bildirilib ki, həmin tarixdə Yasamal rayon sakini C.Qurbanov xuliqanlıq zəminində Xətai rayon sakini F.Əlizadəni döyərək ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib: “Xəstəxanada Fəhmin Əlizadəyə tibbi yardım göstərilib və daha sonra o, evə buraxılıb”.
Zərərçəkmişin vəkili Hikmət Əliyev deyib ki, hazırda Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsində araşdırma aparılır.
Qeyd edək ki, C.Qurbanov Azərbaycan Yazıçılar Birliyinin üzvü, nəğməkar-şair, "Fire Land" prodakşnın rəhbəri, Azərbaycan Milli İdman Növləri Assosiasiyasının vitse-prezidenti və Azərbaycan Milli Güləş Federasiyasının prezidentidir.
Federasiya prezidenti obyekt sahibini döyüb, xəstəxanalıq etdi - VİDEO
08
aprel
16:06
Qarabağ
KOMMENTLƏR
- "Referans" klinikasının direktoru arvadını niyə güllələyib?
- Bu şəxslər olduqları yer barədə qeydiyyatdan keçməkdən azad edildilər - 30 gün...
- 700 min vətəndaşa şad xəbər – Artım olacaq
- Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
- Elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib
- Ronaldo yenə sərvətinə sərvət qatdı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı
- “Kapital Bank” müştərilərdə narazılıq yaradır….
- Prezident onu nazirin birinci müavini təyin etdi