Bakıda köşkə basqın edilib, satıcı bıçaqlanıb.
“Report” xəbər verir ki, hadisə dekabrın 29-u, saat 03 radələrində Yasamal rayonu, Ş.Qurbanov küçəsində qeydə alınıb.
Belə ki, Yahyayev Seymur Vidadi oğlunun satıcı işlədiyi köşkə naməlum şəxs yaxınlaşaraq içəri daxil olub. Həmin şəxs satıcının üz nahiyəsinə yumruq zərbəsi və sağ bud hissəsinə 1 bıçaq zərbəsi vuraraq kassada olan 1 805 manat pulu götürüb uzaqlaşıb.
S.Yahyayev hadisədən sonra Kliniki Tibbi Mərkəzə müraciət edib, ambulator müalicə edildikdən sonra evə buraxılıb.
Faktla bağlı Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsində araşdırma aparılır.
Bakıda köşkə basqın edildi: Satıcı bıçaqlandı
30
dekabr
11:47

Qarabağ
KOMMENTLƏR
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat
- Sənədsiz evlərdə yaşayanlara sevindirici xəbər
- Səkilərdə masa-stul dövrü bitdi – Yeni təlimatla kafe sahiblərinə məhdudiyyət
- “Ayıb olsun, qiyməti 1 manatdan 5 manata qaldırmaq nə deməkdir?”- Aparıcı Mətanətdən Sumqayıt bulvarında qalxan qiymətlərə REAKSİYA
- Bu qurumun 1.2 milyonluq tenderi ləğv olundu
- Parkinq 5 manat oldu