Mən şəxsən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı məhkəmədə iddiası təmin olunan, amma icra olunmayan ən az 8 nəfəri tanıyıram. İndi onlar yenidən işlərinə baxılmasını gözləyirlər. Həmçinin, hazırda 100-dən artıq tanıdığım hərbçi də nazirlikdən şikayətçi olub. Çünki nazirlik tərəfindən hərbçilərə və xüsusi rütbəlilərə qarşı kütləvi şəkildə yad münasibət bəslənilir”.
Bunu Cebhe.info-ya açıqlamasında ehtiyatda olan polkovnik-leytenant Əfqan Səmədov deyib. O bildirib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi hərbçilərin pensiyasını ödəməkdən imtina edir:
“Onlar əmək pensiyası ilə bağlı qanunun 2017-ci ildə qüvvədən salınmış 26.4 və 26.5 maddələrini əsas tutaraq pulumuzu ödəməkdən imtina edirlər. Müxtəlif bəhanələr gətirərək pulu ödəmək istəmirlər. İş orasındadır ki, onlar bunu ancaq ehtiyatda olan hərbçilər və xüsusi rütbəlilərə qarşı edirlər. Bunun səbəbini də bilmək olmur”.
Əfqan Səmədov Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı 5 dəfə məhkəməyə şikayət etdiyini vurğulayıb:
“Onlardan ikisini qazanmışam, ikisi geri qaytarılıb, biri isə hələ də davam edir. Təmin olunan iddiam üzrə məhkəmə 2018-ci ildən davam edirdi. Hansı ki, həmin iddia da 2 dəfə Ali Məhkəmədən qayıtdıqdan sonra təmin oldu. Nazirlikdən mənə deyirlər ki, 16 ilin pulunu biz sizə qarşıdakı 16 ildə ödəyəcəyik. Bu, çox gülünc bir vəziyyətdir. Amma məhkəmədə qalib gəlsəm də indiyə kimi pulumu tam şəkildə ödəməyiblər. Təmin olunan iddialarımdan birinin pulu 90 faizi mənə ödənilib. Lakin yerdə qalan 10 faizini gözləyirəm. Yəni həddindən artıq süründürməçilik edirlər. Əgər qaytarmasalar, yenidən şikayət edəcəyəm. Digər təmin olunan iddiamla bağlı isə hələ ödəniş olmayıb. İndi müraciət etmədiyimiz ancaq Avropa Məhkəməsi qalıb. Mən illərlə bu dövlətə qulluq etmişəm və onunla bağlı məhkəməyə müraciət etməyə adam utanır. Yəni mən vətən üçün canımı ortaya qoymuşam, indi gedib ondan şikayət edim? Vətənə xidmət etmək bizim borcumuzdur və mən də 22 il xidmət etmişəm. Hazırda ikinci qrup əliləm, amma ailəmi saxlamaq üçün üçüncü dərəcəli əlilik qrupuna keçmişəm. Çünki bu qrupda işləmək imkanı var”.
O, 13 mayda hərbçilərlə bağlı qanuna edilən dəyişiklikdən də danışıb:
“Bununla bağlı Milli Məclisə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə də şikayət məktubu yazmışdım. Amma mənə elə cavablar verirlər ki, onların mənim etirazıma aidiyyəti yoxdur. Onlar guya demək istəyirlər ki, biz sizin üçün bu qədər şey edirik, amma siz narazısınız. Ümumiyyətlə, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi bizə qayğı göstərməlidir. Amma bizdə tam əksinədir. Onlar, bizə qayğı göstərmirlər. Müharibədən qayıdan adama əsəblərinin sakit olması üçün qayğı göstərmək lazımdır. Müharibədə ayağını itirən qaziyə qayğı göstərmək lazımdır ki, o, dərdini unutsun. Amma nazirlik qazilər üçün əlavə yoxlamalar təyin edir. Başa düşmək lazımdır ki, o, ağrılarını sakitləşdirmək üçün dərmanlar almalıdır”.
“Ailəmi saxlamaq üçün məcbur oldum ki...” - Sahil Babayevi 5 dəfə məhkəməyə verən polkovnik
24
iyun
14:21

Qarabağ
KOMMENTLƏR
Qarabağı qurtaranlar yenidən SAVAŞDA... - Bu dəfə Sahil Babayevlə qarşı-qarşıya...
1-ci Qarabağ müharibəsi əlilləri də nazirlikdən narazıdır... - Prezidentin fərmanı 5 aydır icra olunmur
Sahil Babayevin nəyin bahasına olursa-olsun QƏNAƏT REJİMİ... - Hədəfdə XALQDIR!
Nazirlik Qarabağ əlilinin pensiyasını kəsib: - “Qəpik-quruşumuza da göz dikiblər”
“Adına maşın var… Maşını doğrayıb yeyəcəm?” – Ekspertdən sərt tənqid
- Dilarə Əliyeva: "Onun dərdindən 18 yaşında ərə getdim" (VİDEO)
- "Diriliş Ertuğrul"un aktyoru evləndi - FOTOlar
- Türkiyə ordusu şəhid verdi
- Ağdam sakini Bakıda tutuldu - Üzərindən 9 kq marixuana çıxdı
- İrandan Azərbaycana narkotik keçirməyə cəhd etdilər
- “Müğənnilər toylara getməsə, yamaqlı şalvarda gəzərlər” – Akif İslamzadə
- Abşeronda ər arvadını bıçaqladı
- Ukrayna Baş Qərargahı: "Son sutkada Rusiyanın daha 7 tankı məhv edilib"
- Xəzərdə bir nəfər BATDI
- Hirkan Park Otel xanım müştəriyə qarşı tərbiyyəsizlik
- Bu müəssisələr keyfiyyətsiz qənd istehsal edir - SİYAHI
- Ermənilər mövqelərimizi ATƏŞƏ TUTDU
- Ölkədə qeyri-sabitlik yaratmaq istəyən sosial şəbəkə istifadəçiləri istəklərinə nail ola bilməyəcəklər
- “İslami Cihad”ın komandiri ÖLDÜRÜLDÜ
- Qadın siçan dərmanı içərək özünü ÖLDÜRDÜ
- Trampdan üçüncü dünya müharibəsi təhlükəsi ilə bağlı XƏBƏRDARLIQ
- Sumqayıtda avtomobil piyadanı vuraraq ÖLDÜRDÜ
- 4 yük gəmisi Ukraynadan İstanbula yola DÜŞDÜ
- İrandan Azərbaycana 22 kq narkotik keçirmək istədilər
- İkardi "Qalatasaray"a transfer ola bilər
- Nömrəsiz maşın sürənlər məsuliyyətə cəlb olundular
- Van Dammın oğlu nənə və babası ilə foto paylaşıb, azərbaycanlı arvadına təşəkkür etdi - FOTO
- Bakıda beşəm dünyaya gəldi - VİDEO
- Trampın mülkündən 11 dəst məxfi sənəd tapıldı - FOTO
- Üç ay əvvəl itkin düşən şəxsin meyiti tapıldı
- Babadağda bir neçə nəfər köməksiz vəziyyətdə qalıb
- Bayden Filippin Prezidentini ABŞ-a dəvət edib
- Bu ölkə Rusiya vətəndaşlarına viza verməyi dayandırdı
- Xameneinin iqamətgahının sütunları Azərbaycan bayrağının rənglərinə boyanıb - FOTO
- Avropa Azərbaycandan qaz idxalını artırıb
- Kişilər bu bürclərin qadınlarından qorxurlar - Təhlükəli dördlük
- Samux sakinində "marixuana" aşkarlandı
- İçərisində 125 min manat və 10 min dollar pul olan seyf oğurlandı - VİDEO
- “Vəhşi kişilərdən xoşum gəlir” - Aparıcı Ülvira