İyunun 21-də İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (İHAM) terrorçuluq, dövlət sərhədini qanunsuz keçməkdə və digər cinayətlərdə təqsirləndirilən iki erməni hərbi qulluqçusu ilə bağlı Ermənistanın Azərbaycana qarşı müvəqqəti təmin tədbiri tətbiq edilməsinə dair tələbini rədd edib.
Bu barədə apa-ya Ali Məhkəmənin sədr müavini Çingiz Əsgərov bildirib.
“Ermənistan öz tələbində yuxarıda qeyd olunan iki hərbi qulluqçunun Azərbaycanda guya İnsan Hüquqları üzrə Avropa Konvensiyasının 2-ci (yaşamaq hüququ) və 3-cü (işgəncələrin qadağan edilməsi) maddələrinə zidd olan rəftara məruz qaldıqlarını iddia etmişdir. Bununla bağlı, Azərbaycan tərəfi erməni hərbçilərinin Avropa Konvensiyası ilə qorunan hüquqlarının lazımi qaydada təmin edildiyi, onların həyat və sağlamlığı üçün heç bir təhlükənin olmadığı barədə müvafiq arqumentlər və sübutları İHAM-a təqdim etmişdir. İHAM Azərbaycan tərəfinin mövqeyinə əsaslanaraq, Avropa Məhkəməsi Reqlamentinin 39-cu qaydasına uyğun olaraq, Ermənistanın Azərbaycana qarşı müvəqqəti təmin tədbirinin tətbiqi ilə bağlı müraciətini rədd etmişdir”, - o qeyd edib.
Avropa Məhkəməsi iki erməni hərbçi ilə bağlı Ermənistanın tələbini rədd ETDİ
22
iyun
18:20
Qarabağ
KOMMENTLƏR
Ermənistan Azərbaycanı məhkəməyə verdi
Azərbaycan ikinci dəfə Ermənistanla bağlı Avropa Məhkəməsinə şikayət göndərib
Ermənistanın Azərbaycandan Avropa Məhkəməsi ilə bağlı nə isə tələb irəli sürməsinə heç bir mənəvi haqqı yoxdur
Dilqəm və Şahbazla bağlı məhkəmə prosesi tezləşə bilər - TƏLƏB
Avropa Məhkəməsi ermənilərin Ramil Səfərovla bağlı iddiasını RƏDD ETDİ
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- "Referans" klinikasının direktoru arvadını niyə güllələyib?
- Bu şəxslər olduqları yer barədə qeydiyyatdan keçməkdən azad edildilər - 30 gün...
- 700 min vətəndaşa şad xəbər – Artım olacaq
- Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
- Elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib
- Ronaldo yenə sərvətinə sərvət qatdı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- “Kapital Bank” müştərilərdə narazılıq yaradır….
- Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı