“Azərbaycanın ən dilbər guşəsi olan Qarabağ 30 illik işğaldan qurtuldu. Bu 30 ildə atam Dilqəm Əsgərov erməni işğalı ilə heç vaxt barışmayıb, daim bu yolda mübarizə aparıb. Bildiyiniz kimi, atam doğmalarının qəbrini ziyarətə gedərkən, məhz Kəlbəcərdə ermənilər tərəfindən girov götürülüb. 30 ildir atam öz vətəninin azadlığı uğrunda mübarizə aparıbsa, bu 7 ildə mən də atamın azadlığı uğrunda mübarizə aparıram”.
Bu sözləri Modern.az-a açıqlamasında erməni girovluğunda olan Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərov bildirib.
K.Əsgərov qeyd edib ki, tezliklə atasının azad olunacağına şübhəsi yoxdur:
“Ali Baş Komandanımız cənab İlham Əliyev qələbə xəbərini Azərbaycan xalqına verməklə, bizi daha gözəl günlərə ruhlandırdı. Atam dəfələrlə işğal altındakı Kəlbəcərdə üçrəngli bayrağımızı dalğalandırıb. Biz öz torpağımızda qorxa-qorxa, çəkinə-çəkinə gəzirdik. Amma indi sərbəst, ürəklə, qürurla öz torpağımıza qayıdacağıq, üçrəngli bayrağımızı dalğalandıracağıq. Mən bu qələbə münasibətilə bütün Azərbaycanı, məcburi köçkünləri, cənab Ali Baş Komandanı, Birinci vitse-prezidentimiz Mehriban Əliyevanı ürəkdən təbrik edirəm, uğurlarınız bol olsun deyirəm. Nəhayət, torpaqlarımız işğaldan azad edilir.
Mən Ali Baş Komandanın axşamkı əzmli, inamlı çıxışından sonra bir daha əmin oldum ki, atam Dilqəm Əsgərov tez bir zamanda girovluqdan azad edilərək, Azərbaycana, doğma Kəlbəcərə qayıdacaq. Mənim buna qəti şübhəm yoxdur”.
K.Əsgərov deyib ki, Kəlbəcər boşaldılana qədər atasına qovuşacağına inanır.
Xatırladaq ki, Dilqəm Əsgərov və Şahbaz Quliyev 2014-cü ildə Kəlbəcərdə öz dədə-babalarının qəbirlərini ziyarət edərkən, ermənilər tərəfindən girov götürülüb. Onlar üzərində qurulan “məhkəmə” ilə D.Əsgərov ömürlük, Şahbaz Quliyev 22 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistan baş nazirinin 10 noyabr tarixli birgə bəyanatına əsasən, Ermənistan silahlı qüvvələri 15 noyabr 2020-ci ilədək Kəlbəcər rayonunu tərk etməlidir.
“Əmin oldum ki, atam Dilqəm Əsgərov tezliklə azad ediləcək” - MÜTLƏQ!
10
noyabr
12:47
Qarabağ
KOMMENTLƏR
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- "Referans" klinikasının direktoru arvadını niyə güllələyib?
- Bu şəxslər olduqları yer barədə qeydiyyatdan keçməkdən azad edildilər - 30 gün...
- 700 min vətəndaşa şad xəbər – Artım olacaq
- Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
- Elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib
- Ronaldo yenə sərvətinə sərvət qatdı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- “Kapital Bank” müştərilərdə narazılıq yaradır….
- Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı