Tibbi heyət və xüsusi riskli insanların koronavirusa qarşı peyvəndlənməsi qarşıda 100 gün ərzində dünyanın bütün ölkələrində start götürməlidir.
Bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Qebreyesus deyib.
Bir sıra ölkələri “peyvənd millətçiliyi“nə görə tənqid edən baş direktor bir sıra zəngin ölkələrin indiyədək istehsal olunan peyvənd dozalarının demək olar ki, hamısını aldıqlarını, orta və yoxsul ölkələrdə isə buna görə vaksinasiya kampaniyalarının başlamadığını bildirib. Həmçinin qeyd edilib ki, bir sıra ölkələrdə “BioNTech“ şirkətinin peyvəndi kimi həssas peyvənd maddələrinin saxlaması üçün müvafiq soyuducu sistemlərin olmaması əlavə loqistik çətinliklər yaradır.
T.Qebreyesus bildirib ki, hazırda ÜST ekspertləri Çində peyvənd istehsalçıları olan “Sinovac“ və “Sinopharm” şirkətlərinə onların peyvənd maddələrinin lisenziyalaşdırılması üçün beynəlxalq standartlara cavab vermələri istiqamətində dəstəkləyirlər. Eyni zamanda ÜST “AstraZeneca“ şirkətinin peyvəndinin təhlükəsizlik və effektivliyi ilə bağlı məlumatların təqdim olunmasını gözləyir. Bütün bu işlər tamamlandıqdan və ÜST-ün standartları ödənildikdən sonra dünya bazarlarında koronavirusa qarşı tətbiq olunacaq peyvəndlərin sayı artacaq. (Report)
ÜST vaksinasiya ilə bağlı dünya ölkələrinə çağırış etdi
12
yanvar
11:29
Qarabağ
KOMMENTLƏR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Anar Ələkbərov Prezidentə görülmüş işlər barədə məlumat verdi - FOTOLAR
- "Qrem Ukrayna münaqişəsinin davam etməsini istəyirdi" - Tramp
- İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul etdi - FOTOLAR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Şəhid Xudayar Yusifzadənin doğum günüdür
- "Azərbaycanda fəaliyyət göstərmək şirkətlərə daha geniş regional bazara çıxış imkanı yaradır" - Nazir
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- "Dövlətimiz, Ordumuz güclüdür!" - İlham Əliyev