36-sı yüksək, 6-sı orta gəlirli olan 42 ölkədə COVID-19-a qarşı vaksinasiya başlayıb.
Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) açıqlamasında qeyd edilib. ÜST rəsmiləri aşağı və orta gəlirli ölkələrin əksəriyyətinin vaksinasiyaya maddi imkanı olmamağından narahatlıq ifadə ediblər.
ÜST baş direktoru Tedros Adhanomun sözlərinə görə, kasıb ölkələr vaksin ala bilmədiyi halda, varlı dövlətlər COVID-19 peyvəndlərinin çoxunu artıq satın alıblar:
“Zəngin və orta gəlirli ölkələrin vaksin istehsal edən şirkətlərlə əlavə ikitərəfli razılaşmasının olması isə vaksinin qiymətinin artmasına səbəb olur. Nəticədə COVID-19-a yoluxma ilə bağlı risk qrupuna daxil olan insanların əksəriyyəti vaksinasiyadan kənarda qala bilər. Peyvənd təəssübkeşliyi hamımızı incidir və özümüzü məhv edirik.
Təşkilat rəsmisi qeyd edib ki, dünyadakı yüksək gəlirli ölkələrin yüzdə 50-sində vaksinasiya həyata keçirilir:
“Aşağı gəlirli ölkələrin isə heç biri bu prosesə başlamayıb. Qeyri-bərabər giriş var. Orta gəlirli ölkələrin yüzdə 6-sı peyvənd olunur. Xəritənin rəngini dəyişdirməliyik”.
“Varlı dövlətlər COVID-19 peyvəndlərinin çoxunu satın alıblar“ - Baş direktor
09
yanvar
11:51

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat