Ermənistan parlamentinin “Çiçəklənən Ermənistan” fraksiyasından olan deputatı Qevork Petrosyan Qarabağda uğursuzluqlarını etiraf etmək məcburiyyətində qalıb.
Petrosyan bu barədə öz “Facebook” səhifəsində yazıb.
O qeyd edib ki, oğlu da hərbi əməliyyatlarda iştirak edir və 20 gündür ondan heç bir xəbər yoxdur.
“Paşinyan populist çıxışlarını dayandırmalıdır. Müharibə başlayanda şou göstərdi, qadınlardan ibarət batalyonlar yaratdı, bütün məmurların döyüşə gedəcəyini söylədi. Bəs, onlar haradadır, niyə cəbhəyə getmədilər?”, - deyə deputat etiraz edib.
Erməni deputat N.Paşinyanın ordu üçün mülki şəxslərdən hərbi forma istəməyinə də öz münasibətini bildirib:
“Nikol deyir ki, kimin hərbi forması varsa, qoy onu götürüb cəbhəyə getsin. Bu nə münasibətdir?! Forma yoxdur! Silah yoxdur! Qida yoxdur! Bəs büdcə haradadır?! Bəsdir, oyanın! Sonra çox gec olacaq!”, - deyə Q.Petrosyan vurğulayıb.
Erməni deputatdan etiraz: “Forma, silah, qida yoxdur!“
03
noyabr
17:54

Qarabağ
KOMMENTLƏR
Erməni əsgəri səngərdə sellofanın üstündə yatır: "Paşinyan, erməni əsgərinin yataq kisəsi haradadır?" - FOTO
Paşinyan xalqa yalvarandan sonra kişilər deyil, qadınlar cəbhəyə getdi
Cəbhəyə gələn erməni qadınlarının niyyəti nədir? - Foto
“Paşinyan, arvadına de, ağlını başına yığsın!“
“Çiçəklənən Ermənistan”ın lideri də “cəhənnəm”i seçdi - Qarabağa gəlir
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat