100 milyonları mənimsəyən direktor indi də hakerlərin köməyi ilə mənzilləri kənar şəxslərə satdırır?…



Məlumdur ki,  Sovet dövləti dağılandan sonra, yaranan bütün müstəqil respublikalarda olduğu kimi Azərbaycanda da ciddi mənzil  problemi yarandı. 
Bütün bunları nəzərə alan cənab Prezident İlham Əliyev imkansız, az təminatlı insanların mənzil problemini həll  etmək üçün Prezident yanında Mənzil İnşaatı Dövlət Agentliyi  yaratdı. Və Agentliyin  tabeliyində  fəaliyyət göstərən "MİDA" MMC  yaradıldı. Direktoru da  Fərhad Təhməzov oldu. 
Geniş  oxucu kütləsinə aydın olması üçün qeyd edək ki, digər MTK-lar özləri torpaq sahəsi alır, pulu özləri qoyub bina tikirlər və mənzillər baha başa gəlir. 
Ancaq MİDA-ya torpaq sahəsini dövlət verir, vəsait ayırır. Ki, mənzillər tikib ucuz qiymətə imkansız ailələrə satsınlar. 
Məsələn, Cənab Prezident  MİDA-ya tikinti üçün Yasamalda 20 hektar torpaq sahəsi ayırdı. Hətta ilk açılışda Prezident İlham Əliyev və Birinci Vitse Prezident xanım Mehriban  Əliyeva iştirak etdilər. 
Bütün bu işlərdə məqsəd  az təminatlı insanların mənzillə təminatı idi. 
Bu gün mediada  MİDA haqqında yazılanlar məcburi köçkünlərdən bəhs edir. 
Söhbət məcburi köçkünlərdən getmir. Onların problemi ilə “Qaçqınkom”  məşğul olur. 
MİDA isə  birbaşa  sosial evlər layihəsidir. 
Ancaq  vaxtilə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin tabeçiliyində olan  Məcburi Köçkünlərin Sosial İnkişafı Fondunun direktoru olan Fərhad Təhməzov  dövlətin ayırdığı pulların hesabına milyonçuya çevrildi. Və yığdığı milyonları qardaşı Qoşqara ( hazırda QİDA-nın rəhbəridir) və Ataş Təhməzova verərək  Dubaya qədər uzanan biznes imperiyası yaratdı. 
Bu gün MİDA-ya rəhbərlik edən şəxs məhz həmin  Fərhad Təhməzovdur. 
Uzun illər məcburi köçkünlərin başına açdığı oyunları  indi imkansız vətəndaşların başına açır.
Sosial  evlər layihəsinə görə, vətəndaşlar  müəyyən məbləğ pul ödəyir, mənzil sahibi olur və  sonradan qalan pulu  hissə-hissə ödəyirlər. 
İşin mahiyyəti budur. 
Fərhad Təhməzov  tikintiyə yatırılan milyonları mənimsədiyi üçün indi çətin duruma düşüb. Və  mənzillərin satışında  sanki FOKUS-MOKUS göstərir. 
Kİ, mənimsənilən pulları bərpa etmək üçün mənzilləri kasıb təbəqəyə deyil, imkanlı məmurlara  satsın ki, vəziyyətdən çıxa bilsin. 
Məsələnin mahiyyəti budur. 
Ona görə də, mənzillərin satışını online qaydada həyata keçirmək və qanunsuzluqlarını gizlətmək istəyir.
Bir daha təkrar edirik ki, bu mənzillər varlı məmurlar üçün deyil, məhz kasıb təbəqə üçün nəzərdə tutulub. 
Fərhad  Təhməzovun mənzil oyununa daxil olmaq üçün  vətəndaşlar  nə qədər çalışsalar da sayta daxil ola bilməyiblər. 
Təsəvvür edirsiniz,  Fərhad Təhməzov   4-5 saniyədə  MİDA-nın 500 evini satıb  və oyun dayanıb. Və evlər  qurtarıb. 
Ümumiyətlə, bu  oyunda  xüsusi adamlar var ki, onlar evin kvadratından asılı olaraq 3-5-7 min civarında ödəniş alaraq evləri istənilən adam üçün "tuta" bilir. Yəni konkret desək, hakerlər. Bu adamları çox vaxt maklerlər tutur, evləri alıb bahasına satırlar. 
Yəni sözün qısası,  500 evi alanlar hamısı imkanlı, 5-6 yerdə evi olan oliqarxlardır. 
Yuxarıda  qeyd etdik ki, vətəndaşların çoxu online  auiksiona  qoşula bilməyib. 
Qoşulanlar isə deyir ki, 7-8 saniyədən sonra  pəncərə bağlandı və  “parametrlər  üzrə  mənzil tapılmadı” qeydi ortaya çıxdı. 
Vətəndaş deyir ki, hansı ki, parametrləri çox geniş seçmişdik. 
Onda ortaya sual çıxır ki, Fərhad Təhməzovun  keçirdiyi fokus-mokus oyunu necə  qanuni sayıla bilər..? 
İkincisi,  vətəndaş 5-6 saniyəyə necə daxil olub əməliyyat keçirə və nəticə əldə edə bilərdi..? 
Hətta yüksək kompüter  vərdişləri olan şəxs də 5-6 saniyyəyə bunu bacara bilməzdi. 
Deməli, baş verən online hərrac fırıldaçılıqdan başqa bir şey deyil.
Görəsən “MİDA”-nın direktoru  Fərhad Təhməzov  nə üçün  bu hərracı şəffaf şəkildə keçirmir..? 
Qoy hər kəs görsün ki, proses ədalətlidir  və heç kim də narazı qalmasın. 
Görəsən, bütün bu maxinasiyalara  Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) İdarə Heyətinin sədri cənab Sadiq Sadıqov  nə üçün münasibət bildirmir..?
Sanki belə bir adam yoxdur. 
Sadıq Sadıqovdan soruşuruq ki, bilirsənmi, cənab Prezidentin təşəbbüsü ilə həyata keçirilməli olan layihədən söhbət gedir. 
Əgər cənab Prezident  Fərhad Təhməzovun bu maxinasiyalarından xəbər tutarsa, yəqin ki, dəmir yumruq işə düşəcək. 
Yazıda müxtəlif saytların materiallarından istifadə edilib. 
Qarşı tərəfin mövqeyni dərc etməyə hazırıq. /Gundelik-baku.com/скачать dle 12.1