Yaşlı nəslin heç ağlına da gəlməzdi ki, nə vaxtsa “paçka-paçka”  fahişələri  televizorda  birbaşa ifşa edəcəklər. 
Bütün bu biabırçılıq  son 20-30 ildə baş verib. 
İki gün öncə telekanalların birində  göstərdilər ki, fəaliyyətdə olan  kafedən 49 nəfər qadını, daha doğrusu  fahişəni  maşınlara doldurub apardılar. 
Doğrudan da adam dəhşətə gəlir. 49 qadının bu kafedə günün günorta çağı nə işi var ? 
Yaxşı, rayonun polisi, hüquq-mühafizə orqanları, İnsan alverinə qarşı mübarizə qurumları  hara baxır ? 
Axı,  bağlı hasar arxasında  bir daşı daş üstünə qoyan kimi Allah qoymasa, “uçastkovı”- sahə müvəkkili kəsdirir qapını. Bəs  həmin kafenin yerləşdiyi ərazinin “uçastkovı”sının başı görəsən nəyə qarışıb ? 
Ümumiyyətlə, kimlərsə belə məsələlərə barmaqarası baxa bilər. Amma unutmayın ki, bu millətin faciəsidir və  nəticəsi gec-tez özünü  göstərəcək. 
Başa düşürsünüz, artıq  belə əxlaqsız yuvaları məktəblərin, uşaq bağçalarının, yaşayış binalarının, məhəllələrin ərazisinə daxil olublar e, cənablar. 
Dünyanın heç bir yerində belə bir hal yoxdur. Dünyanın bütün ölkələrində o peşənin sahibləri üçün şəhərdən kənarda cəmiyyətin olmadığı yerdə  bəlli sahə ayırıblar. 
Bizdə isə az qala  evimizin içinə giriblər. Qandınızmı ? 
İki qız atası deyir ki, uşaqlarıma pəncərədən baxmağı, pərdəni çəkməyi qadağan eləmişəm, çünki pəncərənin ağzında “priton” var...
Bundan o yana  əxlaqsızlıq olarmı..? 
Bu uşaqlara necə tərbiyə verə bilərsən ? 
İndi narkotik maddələr məktəblərə yol tapıb. 
Birazdan əxlaqsızlıq halları da məktəblərə yol tapacaq. 
Siz elə bilirsiniz bu təsadüfidir ?
Bəli, bu yolla milyonlar qazanan  “priton” saxlayanlar da var. Ancaq məqsəd  AİLƏ institutunu məhv etmək və milləti çökdürməkdir. 
Ümumiyyətlə, mövzu çox ciddidir və təkcə əxlaqsızlıq yuvaları ilə bitmir. Bu gün telekanallarda  əxlaqsızlıq təbliğ olunur. Bəli, müxtəlif xarici təşkilatlardan qrant alaraq milli-mənəvi dəyərləri məhv edirlər. 
Ancaq bu yazının mövzusu konkret olaraq şəhərlərimizdəki əxlaqsızlıq yuvaları ilə bağlı olduğu üçün çox dərinliklərə getmirik. 
Biz hələ “otel”lərdə,  “gözəllik salonlarında”  baş verənlərə toxunmaq istəmirik. 
Konkret olaraq  Adəm və Hatəm qardaşlarının  əxlaqsız əməlləri ilə bağlı nə qədər yazmaq olar, nə qədər demək olar. 
Yazımızın  “qəhrəmanları”  olan qardaşlar biri Adəm, o biri isə Hatəmdir.  
Milli-mənəvi dəyərlərimizlə bir araya sığmayan, bir çox ailələrin dağılmasına səbəb olan, infeksion xəstəliklərin yayılmasının əsas mənbəyi sayılan əxlaqsızlıq yuvalarının artması ciddi sosial problem olaraq cəmiyyəti təhdid edir. 
Bəs onda müvafiq dövlət qurumları  hara baxır ?
Niyə Adəm və Hatəm qardaşları ilə bağlı tədbir görülmür ? 
Niyə qardaşların açdığı “priton”un ərazisinin sahə müvəkkili,  polisi  gəlib görmür ki, Adəmlə Hatəmin “obyekt”ində nələr baş verir ?
Yuxarıda qeyd etdik ki, bir kafedən 49  qadın aparılıb. 
Adəm və Hatəm qardaşlarının yaratdığı  əxlaqsızlıq şəbəkəsində yüzlərlə  qadın fahişələr var. 
Əgər  bu işlərin təşkilatçısı olan Adəm və Hatəm qardaşları həbs olunarsa, problem də bitər. 
Yoxsa, orda-burda xırda obyektlərdə əməliyyat keçirməklə problem bitən deyil. 
Bilirsiniz, keçirililən əməliyyatlar görüntü xatirinə olmamalıdır. 
Bir daha  təkrar edirik ki, Bakıda bu işlərin bir təşkilatçısı var:  ADƏM və HATƏM.  
Bu iki qardaş  qadınları istismar etməyi şəxsi biznesə çeviriblər. 
Qardaşların obyektlərinə kimlər gəlmir, kimlər getmir. Və qardaşlar öz müştərilərinin videolarını yayaraq,  onları  şantaj edərək  bizneslərini çiçəkləndirirlər. 
Yəni qardaşların “obyekt”ləri təkcə əxlaqsızlıq yuvası deyil, həm də KOMPRAMAT toplamaq üçün məkandır. İndi gördünüzmü, problem nə qədər ciddidir. 
Bəs onda nə üçün  bu qardaşlara  DUR deyən yoxdur. 
Unutmamalıyıq ki, bu hal uzun müddət davam edərsə, bu əxlaqsılğa DUR deməyənlərin də  bir gün qapısını döyəcəkdir. 
Bəli, Adəm və Hatəm qardaşlarına “qaz verən”  iri məmur olmasa, onlar bu qələti edə bilməzlər. 
Bax, əsas məsələ budur. 
Yəqin ki, yaxın zamanda “qaz verən”in kimliyi bəlli olacaq.
P.S Bu mövzuları gündəmə gətirənləri həbs etdirməklə işlər bitmir, cənablar. /Gundelik-baku.com/скачать dle 12.1