Bəs, yerüstü parklama yerlərindən hər gün təxminən yığılan 500 min manat kimin cibinə gedir?
Biz “Gündəlik-Bakı” olaraq, hələ Ziya Məmmədov nəqliyyat naziri olanda, “Ziyanın qoçuları” sürücülərin başına oyun açanda, hətta sürücünü döyüb infakt edəndə...yazmışdıq ki, bu yolla paytaxt Bakının nəqliyyat sistemini tənzimləmək olmaz.
Hətta ilk dəfə mətbuata Nəqliyyatın İntellektual İdarəediləməsi məsələsini də biz gətirmişik.
Və yazmışıq ki, böyük şəhərlərdə nəqliyyatı ancaq intellektual yolla idarə etmək olar, sayı milyonlarla olan avtomobillərin axını öyrənilməli, tıxaclar aradan qaldırılmalıdır.
Təəssüf ki, bizim təkliflərimiz Nəqliyyat Nazirliyi və Ziya Məmmədov tərəfindən düzgün qiymətləndirilmədi.
Belə ki, Nəqliyyatın İntellektual Mərkəzi yaradılsa da dövlətin yüz milyonları xərcləndi, daha doğrusu, mənimsənildi, amma vəziyyət dəyişmədi. Yalandan avtobus dayanacaqlarında elektron tablo quraşdırıldı və milyonlar silindi.
Bəli, Ziya Məmmədov və onun dəstəsindən çox ağır miras qalıb.
Söz düşəndə də deyirlər ki, dünyanın böyük şəhərlərində “probka” var.
Birincisi, gözəl Bakımız dünyanın böyük şəhəri, meqapolisi deyil, dünyada böyük şəhərlərdə 10-12 milyon əhali var. Bizim ölkəmizin əhalisi heç 12 milyon deyil.
İkincisi dünyanın böyük şəhərlərində baş verən tıxacın müddətinə baxanda adam həsəd aparır. Məsələn, Almaniyada vətəndaş il ərzində 40-50 dəqiqə “probkaya” düşür. Başa düşdünüzmü, cənablar.
Biz isə az qala hər gün 40-50 dəqiqə “probka”da qalırıq.
Sözün qısası, Bakı şəhərində nəqliyyatın tənzimlənməsi ilə bağlı ciddi problem var.
Bütün bunları nəzərə alan cənab Prezident İlham Əliyev 2015-ci ildə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Bakı Nəqliyyat Agentliyinin yaradılması ilə bağlı Fərman verdi.
Prezidentin 2018-ci il tarixli Fərmanına əsasən Bakı Nəqliyyat Agentliyinin Nizamnaməsi təsdiq olundu.
Qısa məlumat üçün qeyd edək ki, BNA-nın fəaliyyətinin əsas məqsədi Bakı şəhərinin inzibati ərazisində nəqliyyat vasitələrinin və piyadaların təhlükəsiz, fasiləsiz və rahat hərəkətini təmin etməkdir.
Hətta Yol Polisinin bəzi səlahiyyətləri də BNA-ya verildi.
Bizim illər öncə dediyimiz nəqliyyatın intellektual idarəetmə sistemi də BNA-nın əsas işi olmalı idi.
BNA hətta taksi minik avtomobillərinin hərəkətini tənzimləməli, hətta avtomobillərin park olunmasına nəzarət etməli idi.
Amma bu gün vəziyyət dözülməz həddə çatıb.
Biz hansısa qurumun fəaliyyətinə kölgə salmaq fikrindən uzağıq. Amma ortada ciddi problem var.
Birincisi, BNA hər il açıqlama verir ki, ili zərərlə başa vurmuşuq.
Cənablar, bəs yerüstü parklama yerlərində hər gün orta hesabla 500 min manat ( YARIM MİLYON ) pul toplanır.
Bu pullar hara gedir, kimlərin cibinə gedir ki, BNA deyir ki, zərərlə işləyirik.
Axı, qanunla və BNA-nın nizamnaməsində göstərildiyi kimi yerüstü parklamanı BNA təşkil etməlidir.
Təşkil edə bilirmi ? Əlbəttə, yox.
BNA əməkdaşları ancaq sürücüləri cərimə etməkdən başqa yol bilmirlər.
Biz demirik ki, cərimə olmasın, amma cərimə problemdən çıxış yolu deyil.
Artıq BNA-nın cərimələrindən hamı bezib, hətta Milli Məclisin üzvləri od püskürürlər.
BNA-nın işi ancaq siqaret çəkən avtobus sürücülərini güdmək deyil e, hərəkəti tənzimləməkdir.
Biz BNA-nın nizamnaməsində göstərilənləri uzun-uzadı yazıb oxucunu yormaq istəmirik.
Qurumun nizamnaməsində göstərilib ki, BNA parklanma yerlərini müəyyənləşdirir, onları təşkil və idarə edir, parklanma yerlərində nəqliyyat vasitələrinin parklanmasına dair tələblərə əməl olunmasına nəzarət edir.
Təsəvvür edirsiniz, Parlamentin tribunasından deyilir ki, BNA sürücülərə qarşı soyğunçuluq həyata keçirir, müəmmalı şəkildə kameralar qeydiyyat aparır, az qala sürücülərin yarısına cərimə gəlib və s.
Bütün bu baş verənlər əhalini narazı salır və s.
Cənab BNA rəhbərliyi, bütün bunlar millət vəkillərinin dilindən səslənir.
Xalqımız düşünürdü ki, “Ziyanın qoçuları” getdi, BNA gəldi, hər şey yaxşı olacaq.
Bəs nə oldu ?
Nə vaxt suallar verilir, BNA rəhbərliyi deyir ki, hələ mexanizm hazırlayırıq. Vallah, acınacaqlıdır ki, mexanizm olmaya-olmaya sizin fəaliyyətiniz necə ola bilər ?
Axı, cənab Prezident Bakı şəhərində nəqliyyat sahəsində islahatların həyata keçirilməsi məqsədilə bu qurumu yaratmışdı.
Bəs, niyə islahatlar aparmırsınız, cənab BNA-nın baş direktoru Vüsal Kərimli ?
P.S Yazıda adları çəkilən hər bir şəxsin mövqeyini dərc etməyə hazırıq. /Gundelik-baku.com/
“Ziyanın qoçuları” getdi, BNA gəldi…nə dəyişdi ? - BNA niyə hər il ziyanla işləyir ..?
26
yanvar
15:47
Qarabağ
KOMMENTLƏR
“Parkovka”, yoxsa bəzi məmurların biznesi…? - Vətəndaş evinin qarşısında avtomobil saxlaya bilmir…
Ziya Məmmədovun “qoçu”ları getdi, BNA-nın qoçuları gəldi
Ziya Məmmədov və qoçuları NƏQLİYYAT-ımızın başına yekə bir daş “saldı“- BNA rəisi Vüsal Kərimli və müavini Elçin Mustafayev isə beton, armatur yeyir?
Ziya Məmmədov nazir olmasa da onun “ruhu” Bakı Avtovağzalında dolaşır… - Avtovağzalda yığılan pullar kimlərin cibinə gedir…
BNA-da YOXLAMA: Büdcədən ayrılan vəsaitlər...
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- "Referans" klinikasının direktoru arvadını niyə güllələyib?
- Bu şəxslər olduqları yer barədə qeydiyyatdan keçməkdən azad edildilər - 30 gün...
- 700 min vətəndaşa şad xəbər – Artım olacaq
- Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
- Elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib
- Ronaldo yenə sərvətinə sərvət qatdı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- “Kapital Bank” müştərilərdə narazılıq yaradır….
- Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı