Vaxtilə nəqliyyat şefi Ziya Məmmədov dövlətin milyonlarını guya Allah qoymasa Nəqliyyatın İntellektual İdarəedilməsi adı ilə göyə sovurdu. Sonra isə “qoçu”larını sürücülərin üstünə yönəltdi. Ona görə də Bakı Nəqliyyat Agentliyi yarananda hamı ümidlə nəsə gözləyirdi. Amma... 

İlk gündən tənqidlərə, qınaqlara tuş gəldi BNA. Bu qurumda baş verən özbaşınalıqlar Ziya Məmmədovun qoçularını kölgədə Nəinki sıravi insanlar, hətta rəsmi media orqanları, ekspertlər BNA-dan ciddi narazılıq edir. Paytaxt nəqliyyatının şefi Vüsal Kərimli isə tənqidlərdən nəticə çıxartmır. Əksinə daha çox qanunsuzluqlara yol verir. Avtomobillərə qanunsuz yazılan cərimələr, cərimələrin haqq-hesabı, xidmətin aşağı səviyyədə olması və s artıq dözülməz hala gəlib. Hətta cərimələrin böyük korrupsiya olduğunu yazanlar da var. Bütün bunlar azmış kimi Vüsal Kərimlinin dostu Anarın həbsi, 200 min manat söhbəti də artıq mediada müzakirə olunur. Bunlar problemin detallarıdır. BNA iə bağlı ciddi araşdırma yazısı yaxın zamanda Gündəlik Bakı qəzetində(gundelik-baku.com) tam ətraflı şəkildə dərc olunacaq!скачать dle 12.1