Satılan hər biletin qiymətinin 16%-i dövlətə ödənilməlidir, amma…
Gündə 10 dəfə Avtovağzala girsən, hər dəfə 1 manat ödəməlisən…amma qəbz vermirlər..
Unutmaq olmaz ki, ölkənin nəqliyyat sistemi onun qan-damar sistemidir. Bu sistem normal işləməsə ölkənin gələcəyindən, iqtisadi inkişafdan danışmaq mənasızdır.
Bütün bunları nəzərə alan dövlət başçısı İlham Əliyev cənabları neçə illərdir nəqliyyat infrastrukturunun inkişaf etdirilməsi üçün mümkün olanları edir. Ölkəmizin ikinci giriş-çıxış qapısı olan Bakı Beynəlxalq və Şəhərlərarası Avtovağzalın ( Bakıavtovağzal ) tikintisi də belə mühüm layihələrdən biri idi.
Amma, çox təəssüf ki, sabiq nəqliyyat naziri Ziya Məmmədov belə bir mühüm layihəni korrupsiya mənbəyinə çevirdi.
Bəli, dövlətin ayırdığı milyonlarla vəsaiti Ziya Məmmədov və onun korrupsioner şəbəkəsi mənimsəyərək özlərinə “nəqliyyat mafiyası” yaratdılar.
Yəni gözlədiyimiz nəqliyyat problemi həll olunmadı.
Və əvəzində bu gün “Ziyanın qoçuları” yenə Bakı avtovağzalında meydan sulayırlar.
Təsəvvür edirsiniz, Bakıdan çıxan avtobusların harada dayanmasını, hətta sərnişinlərin yolda hansı yeməkxanada yemək yeməsini və s...Ziyanın dəstəsi müəyyən edir.
Bəli, Ziya Məmmədov bu gün nazir olmasa da onun kabusu Bakı avtovağzalında dolaşır.
Bu gün sürücülərdən qanunsuz “rüsumlar” yığılır.
Təkcə sürücülərin deyil, həm də sərnişinlərin hüquqları pozulur.
Deməli, Avtovağzalın rəhbərliyi sürücüləri məcbur edir ki, mütləq filan yanacaqdoldurma məntəqəsindən benzin doldura bilərsiniz. Yəni yanacaq məsələsi də Ziyanın dəstəsinin nəzarətindədir.
Təsəvvür edirsiniz, bilet satılan kassalar “maskirovka” olunaraq sərnişinlərdən gizlədilir və bu yolla daşınan sərnişinlərin sayı dəfələrlə az göstərilir. Çünki hər sərnişin biletinə görə dövlətə 16 faiz vergi ödənilməlidir.
İndi görün neçə milyonlarla vergi büdcədən yayındırılır.
Hətta sərnişinlərin ödədiyi “baqaj pulu” da “uçota” alınmır və qiyməti kimin müəyyən etdiyi bəlli deyil...
Nəqliyyat vasitələri avtovağzaldakı dayanacağa daxil olarkən “şlaqbaum”u endirib-qaldıranlara 2 manat, dayanacaqda sutka ərzində dayanmaya görə gözətçilərə 2 manat, hər sürücüyə görə avtovağzal həkimlərinə 2 manat, məlumat bürosunda işləyənə 2 manat “rüsum” ödənilir. Hələ bunlar azmış kimi, iritutumlu nəqliyyat vasitələri avtovağzaldan çıxarkən nəqliyyat vasitələrinin sahiblərindən 20 AZN alınır ki, bunun da adını “kitab pulu” qoyurlar.
Ümumiyyətlə, gündə 10 dəfə Avtovağzala girsən hər dəfə 1 manat ödəməlisən.
Ən dəhşətlisi odur ki, QƏBZ tələb edəndə adama elə baxırlar ki…
Avtoğzal ərazisindəki aparatlardan isə danışmağa dəyməz.
Bir sözlə, Avtovağzalda Ziyanın kabusu dolaşır…
P.S Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq. /Gundelik-baku.com/
Ziya Məmmədov nazir olmasa da onun “ruhu” Bakı Avtovağzalında dolaşır… - Avtovağzalda yığılan pullar kimlərin cibinə gedir…
02
fevral
10:31
Qarabağ
KOMMENTLƏR
“Parkovka”, yoxsa bəzi məmurların biznesi…? - Vətəndaş evinin qarşısında avtomobil saxlaya bilmir…
“Ziyanın qoçuları” getdi, BNA gəldi…nə dəyişdi ? - BNA niyə hər il ziyanla işləyir ..?
Ziya Məmmədov və qoçuları NƏQLİYYAT-ımızın başına yekə bir daş “saldı“- BNA rəisi Vüsal Kərimli və müavini Elçin Mustafayev isə beton, armatur yeyir?
Ziya Məmmədovun “qoçu”ları getdi, BNA-nın qoçuları gəldi
Ziya Məmmədov Həccə gedir
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- "Referans" klinikasının direktoru arvadını niyə güllələyib?
- Bu şəxslər olduqları yer barədə qeydiyyatdan keçməkdən azad edildilər - 30 gün...
- 700 min vətəndaşa şad xəbər – Artım olacaq
- Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
- Elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib
- Ronaldo yenə sərvətinə sərvət qatdı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- “Kapital Bank” müştərilərdə narazılıq yaradır….
- Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı