Bəzi QHT rəhbərləri niyə susur ?
Bir milləti və dövləti çökdürmək üçün hərbi gücdən, loru dildə desək, “topdan-tüfəngdən” öncə, millətin mənəvi dayaqları dağıdılır.
Gündəlik-Bakı olaraq əbəs yerə dönə-dönə əxlaqsızlıq yuvaları ilə bağlı yazılara müraciət etmirik.
Və hər dəfə də deyirik ki, söhbət təkcə fahişə biznesindən getmir, əsas məsələ AİLƏ institutunu dağıtmaqdır.
Cənab Prezidentimiz bütün bunları nəzərə alaraq dönə-dönə vurğulaylır ki, BİZ MİLLİ –MƏNƏVİ DƏYƏRLƏRİMİZİ QORUMALIYIQ.
Bu gün əxlaqsızlıq yuvalarından sonra ölkəmizdə ən böyük problem CİNSİ AZLIQ adı altında aparılan iyrənc kampaniyadır.
Çoxları bilmir ki, bu gün Azərbaycanda xeyli sayda Qeyri-Hökumət Təşkilatına ( QHT ) bu məqsədlə milyonlarla QRANT verilir.
Məgər beynəlxalq maliyyə mərkəzləri ağlını itirib ki, bu boyda pulları xərcləyir..?
Xeyr, onlar nə etdiklərini gözəl bilirlər.
Bir müddət əvvəl Bakının küçələrində cinsi azlıqların keçirdikləri biabırçı aksiyanı gözünüzün önünə gətirin. Bütün bunlar sadə məsələ deyil, bu məqsədlə külli miqdarda pullar xərclənir.
Sözümüzün canı odur ki, bəzi iş adamları, biznesmenlər bunu nəzərə almır, öz merkantil maraqlarını təmin etmək üçün milli maraqlarımızı qurban verirlər.
Belə ki, son illər milli-mənəvi dəyərlərimizi nəzərə almadan ölkədə elə klublar-restoranlar fəaliyyətə başlayıb ki, heç bir əndazəyə sığmır.
Təsəvvür edirsiniz, müsəlman ölkəsi olan Azərbaycanda gənc xanımlar küçələrə çıxıb “ Mən…satıram…özüm bilərəm” şüarı ilə aksiya keçirir.
Bu məsələdə dini qurumlarımızı da qınamağa haqqımız var.
Yenə sağ olsun, bəzi millət vəkillərimiz bu məsələdə konkret olaraq ortaya mövqe qoydular.
Görəsən, belə bir ciddi məsələdə bəzi QHT rəhbərləri niyə ağızlarına su alıb susdular. Çünki danışsalar AĞA-ları pullarını kəsəcək.
Nə isə keçək konkret məsələyə.
Sözün qısası, Bakıda fəaliyyət götərən belə obyektlərdən biri də “Hollywood cinema club”dur.
Bu klub gündüzlər işləmir, əsasən gecələr fəaliyyətə başlayır və səhərə qədər müştərilər bura axışır.
Bu obyektin sahibi Əliyar Qasımov adlı şəxsdir.
Mediada yazılanlardan bəlli olur ki, bu obyektdə çox biabırçı hallar baş verir. Və obyektin müştəriləri əsasən cinsi azlıqlardır.
Obyektin ətrafında yaşayan sakinlər deyir ki, biz və ailə üzvlərimiz dönüb bura baxmağa utanırıq.
Obyektin sahibi Əliyar Qasımov mediaya açıqlamasında deyir ki, biz müştərilərə fərq qoymuruq və kiməsə qadağa qoya bilmərik...
Cənab Əliyar Qasımov başa düşmür ki, Azərbaycan Avropa Şurasının üzvü olsa da, bir Şərq ölkəsi kimi milli-mənəvi dəyərlərə bağlı bir xalqdır. Odur ki, bu tip insanların belə ictimai yerlərdə əylənməsi birmənalı qarşılanmır.
Xatırlatma üçün qeyd edək ki, Bakının Səbail rayonu ərazisində, "Sahil bağı” yaxınlığında, Xaqani küçəsində yerləşən Azərbaycan Yazıçılar Birliyinin nəzdində olan və icarəyə verilmiş "26” - kafesi də vaxtlə məhz buna görə bağlanmışdı.
Əslində bu obyektlər əxlaqsız gecə klublarıdır.
Gündəlik-Bakıya daxil olan son məlumata görə, Əliyar Qasımov axtarışa verilib.
Belə ki, hüquq-mühafizə orqanlarının yaydığı məlumata görə, Qasımov Əliyar Ərəstun oğlu Cinayət Məcəlləsinin (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində məhkəmənin qərarı ilə axtarış elan edilib.
Bəli, Əliyar Qasımov təkcə “26” - “Twenty six” kafesinin sahibi deyildi, həm də Gündəlik-Bakının xeyli vaxtdır yazdığı “ Hollywood Cinema Clubu”un sahibi idi.
Onu da qeyd edək ki, Əliyar Qasımov Bakı Dövlət Universitetində Hüquq fakultəsinin dekanı olmuş professor Ərəstun Qasımovun oğludur.
P.S Yazıda adlatı çəkilən hər bir şəxsin mövqeyini dərc etməyə hazırıq. /Gundelik-baku.com/
Məşhur “26”lar kafesinin, “ Hollywood Cinema Clubu”un sahibi Əliyar Qasımov axtarışa verildi…- Gecə klubları, yoxsa cinsi azlıqların məskəni..?
31
yanvar
18:00

Qarabağ
KOMMENTLƏR
Əliyar Qasımovun “ Holluwood Cinema Clubu”.... - Daha doğrusu, cinsi azlıqların məskəni....
Adəm və Hatəm qardaşlarının “qədim peşəsi” - Son vaxtlar əxlaqsızlıq yuvalarında ölüm halları çoxalıb…
Adəm və Hatəm qardaşlarının əxlaqsızlıq yuvaları… - Məqsəd Azərbaycanda AİLƏ institutunu məhv etməkdir…?
Adəm və Hatəm qardaşlarının əxlaqsızlıq yuvaları niyə bağlanmır, qardaşlar niyə həbs olunmur ? - Hüquq-mühafizə orqanları hara baxır ?
Əxlaqsızlıq yuvası işlədən Adəm və Hatəm qardaşları güclüdür, yoxsa Avropa Şurasının KONVENSİYASI..?
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat