Adəm və Hatəm qardaşlarının obyektlərində  gizli kameralar var…

Çox yox ee, 30-35 il əvvəl heç kimin ağlına gəlməzdi ki, televizorda dəstə-dəstə  fahişələri göstərib, deyəcəklər ki, bu gün filan əxlaqsızlıq  yuvasında əməliyyat keçirilib. Və sonra da  bir dəstə yarıçılpaq  gözəlçəni  göstərcəklər...
Bunlar qanmır ki, evdə uşaqlar var, onlar soruşa bilər ki, bu nə mənzərədir, bu çılpaq xalalar kimdir, onlar niyə soyunub...
Guya Allah qoymasa əməliyyat keçirilib, guya ifşa olunublar və s...
Bəs onda ortaya sual çıxır ki, əgər əməliyyat keçirilirsə, guya ifşa olunursa, bəs niyə əxlaqsızlıq  yuvaları günbəgün artır...Əslində əxlaqsızlıq  yuvaları işlədənlərə heç gözün üstə qaşın var deyən də yoxdur...
Ya  bunu birdəfəlik  xalqın və cəmiyyətin qarşısında leqallaşdırın, ya da  bu rüsvayçlığa  son qoyun. 
Biz başa düşürük ki, əxlaqsızlıq yuvaları  bəzi məmurlar üçün böyük gəlir gətirən biznesdir. 
Və onu da bilirik ki, bu biznesin arxasında məmur dayanmasa  uzağı  1 gün sonra bağlanar. 
Həm də bu əxlaqsızlıq yuvaları  dəhşətli cinayət  oylağıdır. 
Ötən dəfə  Qubada  ağır qəza və ölüm  hadisəsi baş vermişdi. İki  gənc  xanım faciəli şəkildə həlak olmuşdu. 
Niyə hüquq-mühafizə orqanları araşdırmadı ki, həlak olan iki gənc  xanımı  hansı istirahət mərkəzindən sifarişlə hara aparırdılar..? 
Çünki  çoxları bu biznesə şərikdir. 
Digər tərəfdən biz Avrora Şurasının üzvü kimi müəyyən öhdəliklər götürmüşük, qurumun qarşısında məsuliyyətimiz var. Biz  Avropa Şurasına üzv olanda İnsan Alverinə qarşı Konvensiyaya imza atmışıq. 
Görəsən, Adəm və Hatəm qardaşlarına  “krışalıq” edənlər başa düşmür ki, söhbət Azərbaycan dövlətinin nüfuzundan, imicindən gedir ee...
Biz  “Gündəlik Bakı” olaraq  Adəm və Hatəm qardaşlarının əxlaqsızlıq yuvaları, qadın alveri barədə silsilə yazılar dərc edirik....
Bir dövlət qurumu, hansısa idarə soruşmur ki, niyə yazırsınız, yaxud gəlin birgə  reyd keçirək, bu problemi aradan qaldıraq....
Axı,  hər bir yazılan yazı  istintaq, araşdırma üçün material ola bilər. Və olmalıdır. 
Görəsən  bəzi məmurları  niyə öz dövlətimizin imici deyil, Adəm və Hatəm qardaşlarının biznesinin çiçəklənməsi marqlandırır..? 
Biz hələ milli mentalitet, mənəvi dəyərlər, müsəlmançılıq və s məsələləri qoyuruq bir kənara. Axı, özünə hörmət qoyan dövlət üzv olduğu qurumun qaydalarına əməl etməlidir. 
O ki, qaldı mənəvi dəyərlər məsələsinə...
Cənab Prezident İlham Əliyev dəfələrlə qeyd edib ki, biz bir millət olaraq milli-mənəvi dəyərlərimizdən geri çəkilən deyilik. 
Cənab Prezident  gözəl bilir ki, bəzi xarici  güclərin məqsədi  Azərbaycanda AİLƏ institutunu məhv etməkdir. 
Bəli, Azərbaycan xalqını yüz illər ayaqda saxlayan, məhv olmağa qoymayan ən böyük güc AİLƏ olub. 
Bunu xarici güclər də gözəl bilir.  Və Adən-Hatəm qardaşlarının əli ilə AİLƏ-lər dağıdılır.
Sözümüzün canı odur ki, fahişəxanaların biznes  tərəfindən daha təlkükəlisi  məhz  dediyimiz məsələdir. 
Onu da qeyd edək ki, bu fahişəxanalara gələnlərin çoxu məmur övladlarıdır.
Əslində  belə də olmalıdır. Kasıb balasında  pul haradandır ki, bahalı fahişəxanalarda pul xərcləsin.
Ən dəhşətlisi odur ki, bu əxlaqsızlıq yuvalarında hər  cürə narkotik maddələr istifadə edilir…
Görəsən,  müvafiq  dövlət qurumları nə üçün Adəm və Hatəm qardaşlarının hərəmxanalarında  bircə dəfə  reyd keçirmir..? 
Necə olur ki, gündə 3-4 qram  patı-matı  tuta bilirlər, amma  Adəm və Hatəm qardaşlarının yuvalarında satılanları tapa bilmirlər..?  
Yəni Adəm və Hatəm qardaşları bu qədər  gücə və imkana malikdir ? 
Axı,  bu qardaşlar  neçə ildir ki, Bakı şəhərində qadın alveri ilə məşğul olurlar. 
Məlumat üçün qeyd edək ki,  Adəm və Hatəm qardaşlarının  əxlaqsız əməlləri ilə bağlı mediada  silsilə  yazılar dərc olunur...
Yazımızın  “qəhrəmanları”  olan  Adəm və Hatəm  qardaşları konkret olaraq  qadın alveri ilə məşğul olurlar...
Milli-mənəvi dəyərlərimizlə bir araya sığmayan, bir çox ailələrin dağılmasına səbəb olan, infeksion xəstəliklərin yayılmasının əsas mənbəyi sayılan əxlaqsızlıq yuvalarının artması ciddi sosial problem olaraq cəmiyyəti təhdid edir. 
Bütün bunlar azmış kimi  Adəm və Hatəm qardaşlarının əxlaqsızlıq  yuvaları həm də “kompromat”  toplamaq üçün  obyektdir. Yəni qardaşlar təkcə  adamların pulunu almır e, həm də onların barəsində gizli  dosye  hazırlayır, nə vaxtsa şantaj  edərək, külli miqdarda pul alırlar. 
Biz  konkret olaraq  deyirik ki, Adəm və Hatəm qardaşlarının obyektlərində gizli kameralar var. 
Görəsən, bu boyda  cinayət əməllərini hüquq-mühafizə orqanları nə vaxt görüb tədbir görəcəklər..? 
Ümumiyyətlə, söhbət təkcə Adəm və Hatəm qardaşlarının əxlaqsızlıq yuvalarından getmir ee. 
Bakıda nə qədər otellər öz təyinatı üzrə deyil, başqa məqsədlə istifadə edilir. 
Bu problemlərə  kompleks yanaşma və ciddi tədbirlər görmək lazımdır. 
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq. /Gundelik-baku.com/скачать dle 12.1