BakiSesi.com

Qobustan Milli Tarix-Bədii Qoruğu məktəblilər üçün “Açıq qapı günü” keçirildi

Tarix:12-10-2019, 17:30 | Oxunub: 11 911
Qobustan Milli Tarix-Bədii Qoruğu məktəblilər üçün “Açıq qapı günü” keçirildi
Qobustan Milli Tarix-Bədii Qoruğunda Avropa Qayaüstü İncəsənəti Günü münasibəti ilə məktəblilər üçün "Açıq qapı" günü və 6-14 yaşlı məktəblilər arasında "The first Art of Europeans seen by Europeans of the future" (İlk avropalıların incənəti gələcək avropalıların gözü ilə) adlı ümumavropa rəsm müsabiqəsi keçirilmişdir.
Əvvəlcə qoruq ərazisindəki muzey və qayaüstü abidələrlə tanış olan, arxeoloq və sənətşünasların qədim qayaüstü təsvirlər və müasir rəssamlıq sənəti haqqında söhbətlərini dinləyən məktəblilər sonda Qobustan motivləri əsasında rəsm əsərləri çəkdilər.
Qeyd edək ki, müsabiqədə iştirak edən rəsm əsərləri peşəkar rəssamlardan ibarət münsiflər heyəti tərəfindən qiymətləndiriləcək və seçilən əl işləri ümumavropa rəsm müsabiqəsində Qobustan Milli Tarix- Bədii Qoruğunu təmsil etmək üçün göndəriləcək. Bundan başqa, seçilən əsərlər İspaniyada təşkil olunacaq sərgidə nümayiş olunmaqla bərabər nəşr olunacaq kataloqda da öz əksini tapacaq. Ümumavropa müsabiqəsində yer tutmuş əl işlərinin müəllifləri Avropa Şurası Mədəni Marşrutlar İnstitunun Prehistorik Rock Art Trails (PRAT-CARP, Qədim Qayaüstü İncəsənət İzləri) Assosiasiyası tərəfindən mükafatlandırılacaq. Avropa Qayaüstü İncəsənəti Günü ilə əlaqədar təşkil olunmuş  "Açıq qapı" günündə 267 nəfər məktəbli Qobustan Milli Tarix -Bədii Qoruğunu ziyarət edib.скачать dle 12.1