Seçkilərə start veriləndən sonra müvafiq qurumlarla əməkdaşlıq edirik, sekçki məntəqələrinə artıq veb-kameralar quraşdırılıb.
Bunu Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında MSK sədrinin müavini Rövzət Qasımov bildirib.
Rövzət Qasımov qeyd edib ki, 1000 seçki məntəqəsində veb-kamera quraşdırılıb, texniki tənzimləmə prosesi və tənzimləmə aparılır: “Bu proses də gələn həftə yekunlaşacaq”.
MSK sədri Məzahir Pənahov isə qeyd edib ki, orta məktəblərdə seçki məntəqələrində yanğın təhlükəsizliyi kameraları var: “Seçki zamanı seçki məntəqəsində yalnız bizim veb-kameralar olmalıdır. Ancaq orta məktəblərdə seçki məntəqələrində yanğın təhlükəsizliyi kameraları var. Biz orada MSK-nın veb-kameralarından başqa heç bir kamera olmasını istəmirik. Brada bir məsələ də ortaya çıxır. Yanğın baş verəndə bəs necə olsun? Ona görə hesab edirəm ki, məktəbdə səsvermənin olacağı yerdə yanğın təhlükəsizliyi kamerasını çıxarmaq olar. Bir gün üçün belə riskə getmək olar, səsvermə kiçik bir otaqda olur. Səsvermə keçirilən məntəqə otaqlarında veb-kameradan başqa heç nə olmamalıdır. Çünki beynəlxalq təşkilatlar da seçki məntəqələrində bəzən yanğın təhlükəsizliyi kameralarının olmasını bizə irad tuturlar”.
скачать dle 12.1