Azərbaycan Ordusunda şəxsi heyətin mədəni asudə vaxtının səmərəli təşkili məqsədilə mütəmadi olaraq tədbirlər keçirilir.
Bu barədə Müdafiə Nazirliyindən bildirilib.
"N" hərbi hissədə Azərbaycan Ordusunun hərbi qulluqçularının mənəvi-psixoloji vəziyyətinə müsbət təsir göstərmək, şəxsi heyətin ruh yüksəkliyini daha da artırmaq və mədəni asudə vaxtının səmərəli təşkili məqsədilə Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin kollektivinin təqdimatında mədəni-kütləvi tədbir keçirilib.
Tədbirdə əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və Vətənimizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Hərbi qulluqçulara vətənpərvərlik mövzusunda konsert proqramı təqdim edilib.
Tədbirdə ifa olunan musiqilər və təqdim edilən rəqslər şəxsi heyət tərəfindən böyük maraqla qarşılanıb.






скачать dle 12.1