"Ermənistanın Azadlığı Uğrunda Gizli Erməni Ordusu" (ASALA) terror təşkilatının məsuliyyəti üzərinə götürdüyü Ermənistanda sonuncu sinaqoqun yandırılması erməni cəmiyyətində antisemitizmin ilk hadisəsi deyil, sonuncu da olmayacaq.
Bu barədə "Jewish Journal"da dərc olunan "Ermənistanda sonuncu sinaqoq niyə yandırılıb?" adlı məqalədə deyilir.
Müəllifin sözlərinə görə, hazırda Ermənistan açıq antisemitizm nümayiş etdirir: "Ölkədəki çoxsaylı nasist abidələri də buna sübutdur".
O qeyd edib ki, bu il yanvarın 1-də paytaxt İrəvanda neonasistlərin ənənəvi “ziq hayl” salamı ilə “Ermənistan ancaq ermənilər üçün” şüarları səsləndirdiyi yürüş faktı çox şeydən xəbər verir: “Bu, milli dözümsüzlüyün, faşist milli müstəsnalıq ideyalarına bağlılığın nümayişidir”.
Bununla belə, müəllif hesab edir ki, təəccüblü heç nə yoxdur: “Antidiffamasiya Liqası 2014-cü ildə Ermənistanı Avropada ikinci antisemit ölkə kimi qiymətləndirib. Bundan əlavə, “Pew” Araşdırma Mərkəzinin sorğusuna görə, ermənilərin 32 faizi yəhudiləri həmvətən kimi qəbul etmir ki, bu da Mərkəzi və Şərqi Avropa ölkələri arasında ən yüksək göstəricidir”.
"Bu Holokost zamanı da olub. Üçüncü Reyxə xidmət edən ermənilər, yəhudi əsirlərini ölüm yürüşlərinə çıxarırdılar. Ermənistan və ABŞ təşkilatları isə açıq şəkildə Hitleri “bəşəriyyətə hədiyyə” kimi tərifləyir, Holokostu Almaniyanı “zəhərli elementlərdən” təmizləmək üçün “cərrahi əməliyyat” kimi qələmə verirdilər", - müəllif qeyd edib.
Onun fikrincə, hazırda erməni cəmiyyətində və bütün dünya diasporunda antisemitizmin artması da İsrail-Azərbaycan əlaqələrinin yaxın və mehriban olmasına reaksiya kimi qiymətləndirilməlidir. Müəllif vurğulayıb ki, oxşar xüsusiyyət hər iki xalqın tarixində də müşahidə oluna bilər: “Yəhudilər, eləcə də, azərbaycanlılar xüsusi amansız qırğınlara məruz qalıblar, lakin İsraillə Azərbaycan arasındakı dostluq başqalarına, o cümlədən Ermənistana qarşı yönəlməyib”.
“Ermənistanın Azərbaycanın Qarabağ regionunu işğal etməsinin ən dəhşətli hadisəsi Xocalı soyqırımı idi. İsrailin keçmiş prezidenti Reuven Rivlin Holokostun Anım Günü ilə bağlı BMT-yə etdiyi müraciətdə bunu şiddət və qəddar qeyri-insani hərəkət kimi təsvir etmişdi”, - məqalədə qeyd edilib.
Qeyd edək ki, ötən il noyabrın 15-də Ermənistanda yeganə sinaqoq yandırılıb.
“Jewish Journal”: “Ermənistanda sinaqoqun yandırılması antisemitizmlə bağlı yeganə əlamət deyil”
13
yanvar
16:02
Qarabağ
KOMMENTLƏR
İrəvanda sinaqoqun yandırılmasına dair araşdırma başlanılıb - VİDEO
KİV: “Ermənistan əhalisinin yarıdan çoxu antisemitdir”
Xarici jurnalistlər Dağlıq Qarabağda ASALA silahlılarının olduğunu sübut edib - ARAŞDIRMA
Əksər ermənilər Türkiyə ilə yaxşı münasibətlərin qurulması tərəfdarıdır
Ölüm hallarının sayına görə Ermənistan dünyada dördüncüdür
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Anar Ələkbərov Prezidentə görülmüş işlər barədə məlumat verdi - FOTOLAR
- "Qrem Ukrayna münaqişəsinin davam etməsini istəyirdi" - Tramp
- İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul etdi - FOTOLAR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Şəhid Xudayar Yusifzadənin doğum günüdür
- "Azərbaycanda fəaliyyət göstərmək şirkətlərə daha geniş regional bazara çıxış imkanı yaradır" - Nazir
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- "Dövlətimiz, Ordumuz güclüdür!" - İlham Əliyev