Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Zəngilan ictimaiyyətinin nümayəndələri ilə görüşündə Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarovun atası Həmid Məmmədyarov da iştirak edib.
Görüş zamanı Həmid Məmmədyarov dövlət başçısı və onun xanımı ilə söhbətləşib:
Prezident İlham Əliyev: Salam, necəsiniz? Bu kişini tanıyırsan, Mehriban?
Birinci xanım Mehriban Əliyeva: Salam, necəsiniz? Şəhriyar Məmmədyarovun atasıdır?

Prezident İlham Əliyev: Şəhriyar Məmmədyarovun atasıdır.
Birinci xanım Mehriban Əliyeva: Xoş gördük.
Prezident İlham Əliyev: Şəhriyar necədir?
Həmid Məmmədyarov: Çox sağ olun. Hər şey gözəldir, sağ olun.
Prezident İlham Əliyev: Sağ ol.
скачать dle 12.1