BakiSesi.com

Fərdi təsərrüfatlardan qoyun-quzu oğurlayan şəxslər saxlanılıblar - FOTO

Tarix:16-09-2020, 11:19 | Oxunub: 15
Fərdi təsərrüfatlardan qoyun-quzu oğurlayan şəxslər saxlanılıblar - FOTO
Xəzər Rayon Polis İdarəsi və 3-cü Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində ayrı-ayrı vaxtlarda Binə qəsəbəsində fərdi təsərrüfatlardan xırda buynuzlu heyvan və ev quşları oğurlayan şəxslər saxlanılıblar. Əməliyyat nəticəsində Xəzər rayon sakinləri, əvvəl məhkum olunmuş Bəhlul Allahverdiyev və Nofəl Fərəcov tutularaq istintaqa təqdim ediliblər. Araşdırma zamanı onların 7 evdən ümumilikdə 80 başa yaxın qoyun-quzu oğurladıqları məlum olub. Saxlanılan şəxslər ifadələrində törətdikləri qanun pozuntularını etiraf ediblər.

Qeyd edək ki, dəstə üzvləri tərəfindən oğurlanan xırda buynuzlu heyvanlardan bir qismi polis əməkdaşları tərəfindən onların yaşadıqları ünvanlardan aşkar edilərək sahiblərinə geri qaytarılıb.

Faktla bağlı Xəzər Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Cinayət işi üzrə zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Fərdi təsərrüfatlardan qoyun-quzu oğurlayan şəxslər saxlanılıblar
Fərdi təsərrüfatlardan qoyun-quzu oğurlayan şəxslər saxlanılıblar
скачать dle 12.1