BakiSesi.com

Qlobal neft bazarı təhlükədə - Şok

Tarix:23-09-2019, 19:00 | Oxunub: 8 707
Qlobal neft bazarı təhlükədə - Şok
Səudiyyə Ərəbistanı cari ilin 14 sentyabrında pilotsuz uçuş aparatları vasitəsilə hücuma məruz qalan neftayırma zavodlarının fəaliyyətini yaxın vaxtlarda tam şəkildə bərpa edə bilməyəcək.
Axar.az xəbər verir ki, bu barədə “Vol Strit Jurnal” nəşri yazıb.
Məlumata görə, “Saudi Aramko” şirkəti baş verən hadisələrin bütün nəticələrini tezliklə aradan qaldırmaq üçün texniki imkanlardan məhrumdur. Hazırda şirkət avadanlıq istehsalçıları və xidmət təminatçıları, o cümlədən ABŞ-ın “General Elektrik” şirkəti ilə danışıqlar aparır.
Nəşr şirkətin itirilmiş resursların bərpası və ehtiyat hissələrin alınması üçün milyonlarla dollar xərcləməyə hazır olduğunu qeyd edib.скачать dle 12.1