ABŞ-ın Türkiyəyə “F-35” qırıcıları və iqtisadi məsələlərlə bağlı yeni təklif verəcəyi gözlənilir.
Teleqraf.com xəbər verir ki, Türkiyədən idxal olunan alüminium və polad məhsullarına tətbiq oluna gömrük rüsumunun azaldılmasının da bu təkliflərə daxil olduğu bildirilib.
ABŞ tərəfindən hazırlanan və ikitərəfli ticarət həcminin 100 milyard dollara qaldırılmasını təklif edən “Sərbəst Ticarət Anlaşması” paketi Türkiyəyə təqdim olunacaq.
ABŞ-dan Türkiyəyə “Patriot” hava hücumundan müdafiə sistemlərinin satılması və “F-35” proqramına dair yeni təkliflərin irəli sürülməsi də bu paketə daxildir.
ABŞ-ın Türkiyədəki yeni səfiri David Satterfildin bir neçə gün əvvəl bu barədə Prezident Rəcəb Tayyib Ərdoğanı məlumatlandırdığı bildirilib.
Amerikalı senator Lindsey Qraham Nyu-Yorkda Ərdoğanla görüşündə də Türkiyə ilə sərbəst ticarət anlaşmasının və Türkiyənin “F-35” proqramına qaytarılmasının mümkünlüyünə diqqət çəkmişdi.
Hazırda Nyu-Yorkda olan Ərdoğanın amerikalı həmkarı Donald Trampla görüşünün dəqiqləşdiyi və görüş üçün planlaşdırmanın hazır olduğu açıqlanıb.скачать dle 12.1