Ermənistanda müxalifət “Çiçəklənən Ermənistan” partiyasınını deputatı Naira Zöhrabyan Dağlıq Qarabağdakı separatçı rejimin rəhbəri Araik Arutyunyanı tənqid atəşinə tutub.
Müxalifətçi deputat separatçı rejim rəhbərinin Ermənistandakı siyasi proseslərə müdaxiləsinin yolverilməz olduğunu bildirməklə yanaşı, ona "öz işi ilə məşğul olmağı" tövsiyə edib.
“Araik, öz işinlə çəşğul ol! Ermənistanın daxili siyasi probemlərinə qarışma! Nikolla birgə Qarabağı təslim etməyiniz barədə düşün! Sən də məsuliyyət daşıyırsan!”, - deyə o vurğulayıb.
“Çiçəklənən Ermənistan” partiyası Paşinyan hökumətinə qarşı radikal mövqeyilə seçilir. Hələ Qarabağ savaşı dönəmində bu partiyanın nümayəndələri Ermənistanın Baş nazirini xəyanətdə ittiham edirdilər. 
Bəzi iddialara görə, digər müxalif təsisatları kimi “Çiçəklənən Ermənistan” partiyası da Rusiyanın Ermənistandakı 4-ci kalonuna daxildir. скачать dle 12.1