ABŞ-ın raket, peyk və kosmik servis istehsalçısı “SpaceX” “Starlink” internet peyk şəbəkəsinin bir hissəsi olaraq daha 60 peyki fəzaya buraxıb.
“Starlink” internet peyk şəbəkəsinin 6-cı bağlantısı bu peykləri ABŞ-ın Florida ştatındakı “Cape Canaveral” bazasından “SpaceX” tərəfindən istehsal olunan “Falcon 9” raketi ilə göndərib. “Starlink layihəsi” çərçivəsində “SpaceX” kosmosa əvvəllər 5 dəst və hər dəstdə 60 olmaqla 300 peyk buraxıb.
Cebhe.info xəbər verir ki, şirkət “Earth” orbitində “Starlink” peykləri ilə 12.000 peyklik şəbəkə qurmağı planlaşdırır. Layihənin 2030-cu ildə tamamlanması gözlənilir.
Milyardları görə sovurmaq kimə lazımdır?

İndiki vəziyyətdə hamıda bir sual yaranır. İlon Maskın milyardlarlarla sərmayə qoyduğu bu layihə nəyə, ya da kimə lazımdır? Qeyd edək ki, “SpaceX” şirkəti illərdir başqa ölkələrə aid süni peykləri Yerk kürəsi orbitinə transferi ilə ilə məşğul olub. Bu dəfə isə şirkət özünə aid xüsusi texnologiyalarla quraşdırılmış süni peykləri fəzaya göndərir. İlon Mask bu proyektə 2018-ci ildə fəzaya 2 süni peyk göndərməklə başlayıb. Və iddia edib ki, süni peyklərin əsas təyinatı planeti kəsintisiz, sürətli və daha ucuz internetlə təmin etmək olacaq. Ötən ilin may ayından fəzaya göndərilən “Starlink qatarı” bu günə qədər 422 ədəd süni peyk çıxarıb ki, 2027-ci ilə qədər hər ay 60-120 peyk göndərilməsi planlaşdırılır.
“SpaceX” in rəsmiləri mətbuata açıqlamada bildiriblər ki, bu proyekt 2 hissədən ibarətdir. Birinci hissədə 12 min peyk, ikinci hissədə isə 30 min peyk olmaqla, ümumilikdə 42 min peykin göndərilməsi planlaşdırılır. Onu da qeyd edək ki, 1957-ci ildən bu günə qədər fəzaya buraxılan peyklərin sayı 9447 ədəddir. Bu gün aktiv olaraq fəaliyyətini davam etdirən 2000-ə yaxın peyk var. Təxmini olaraq, fəzada dövr edən qurğuların 1/5-i “SpaceX” şirkətinə aiddir.
Biri 300 min dollar

“Starlink” qurğularının hər biri 260 kq-dır. Yanacaq enerjisini üzərinə bağlanan panellər vasitəsilə Günəşdən alır. Digər peyklərdən fərqi ondandır ki, kripton yanacaqlı ion motorları ilə təchis olunub və istənilən istiqamətdə manevr etmə potensilı da var. Hər birinin qiyməti 300 min, bir “qatar”ın qiyməti isə 18 milyon dollardır. Ümumilikdə isə layihəyə 10 milyard dolların xərclənəcəyi ehtimal edilir. İniterneti ötürmə gücü isə fiber-optik sürətindən 1.5 dəfə, fəza peyklərinin ötürmə sürətindən isə 5 dəfə çoxdur. Daha dəqiq desək, fiber-optik 62.7 ms gecikmə ilə, fəza peyklərinin sürəti 240 ms, “Starlink” peyklərinin sürəti isə 25-35 ms ilə interneti ötürür.
Bu peyklər həm də Yer səthindən 550 km yüksəklikdə dövr edəcək ki, bu da informasiyanın istifadəçilərə daha tez çatmasına şərait yaradacaq. Şirkət ilk xidmətlərini ABŞ və Kanada, bu ilin sonuna qədər isə Avropa Birliyi ölkələri üçün planlaşdırır. Qiymətinə gəlincə, bu xidmət pulsuz olacaq. İlon Mask bunun səbəbi barədə hələ ki, açıqlama verməyib. Bəzi iqtisadçılar gələcəkdə bu sahədə xidmət göstərən şirkətlətin iflasa uğrayacağı barədə proqnozlar verməyə başlayıblar. ABŞ analitiklərinin bildirdiyinə görə, bu layihə ilə birlikdə “SpaceX” şirkətinin pul ekvivalenti 130 milyard dollardır. Onu da qeyd edək ki, dünyadakı bütün “Aerokosmos” şirkətlərinin qiyməti 18 milyard dollar, NASA-nın büdcəsi isə 20 milyard dollardır. Qeyd edək ki, gələcəyin texnoji yeniliyi olan bu sahəyə yatırımların artması, rəqabətin çoxalması da gözlənilir.
Dünyanın ən varlı adamı da savaşa qoşulur

Bir neçə gün öncə “Amazon”un sahibi Cef Bizos da şirkətinin adı ilə fəzaya peyklər göndəcəyini açıqlayıb. Hətta “Starlink” proyektinin bəzi önəmli texniklərini də öz şirkətinə transferi baradə xəbərlər də Qərb mediyasında dərc olunmaqdadır. Cef Bizos yerli mətbuata açıqlamasında bildirib ki, 3500-ə yaxın peyk göndərilməsi üçün artıq icazə alınıb. O əlavə edib ki, peyklərin bir qismi bu ilin sonuna kimi fəzaya göndəriləcək. Görünən odur ki, fəzada “peyk yarışması” bu iki şirkətlə bitməyəcək. Hətta bəzi politoloq süpergüclərin yeraltı enerji qaynaqlarından sonra növbəti mübarizə meydanlarının fəza olacağını da bildirirlər.скачать dle 12.1