Koronavirusun Uhanda bir laboratoriyadan yayıldığına dair əlimizdə artıq sübutlar var.
Bu açıqlama ilə ABŞ Dövlət katibi Mayk Pompeo çıxış edib.
O, həmçinin iddia edib ki, Çin COVİD-19 virusu ilə bağlı bəzi məlumatları gizlətməyə çalışıb:
"Bunun (koronavirus) Uhanda laboratoriyada başlaması ilə bağlı ciddi dəlillər var. Biz elə əvvəldən deyirdik ki, virus hardan başlayıb. Çin əvvəllər də dünyaya virus yoluxdurmuşdur və əvvəllər də orada standartlara cavab verməyən virus var idi. İlk dəfə deyil ki, dünya Çin laboratoriyalarında səhvən ortaya çıxan virusla qarşılaşır”.
Qeyd edək ki, bundan öncə ABŞ kəşfiyyatı COVİD-19 virusunun süni yaradılmadığı haqda hesabat hazırlamışdı.скачать dle 12.1