Böyük Vətən Müharibəsindəki qələbənin 75 illiyi münasibətilə bir çox insanların müharibə iştirakçısı olmuş babalarının şəkillərini paylaşdıqları bir vaxtda Ermənistanın baş naziri Nikol Paşinyan da bu sıraya qoşulub.
 Paşinyanın bu paylaşımından dərhal sonra istifadəçilər ora şərh yazaraq bildiriblər ki, onun babası – böyük Nikol Paşinyan İkinci Dünya Müharibəsi zamanında, 1943-cü ildə nasist Almaniyası sıralarında, yəni Qaregin Njdenin SS legionunda vuruşub.
Ardınca bir sıra erməni mətbuat orqanları bu məlumatları təsdiqləyən xəbərlər paylaşmağa başladılar.
Həmçinin “yerevan.today” saytı böyük Nikol Paşinyan haqqında Rusiyanın “magnis.news” portalında gedən “Düşmənlə əməkdaşlıq edirdi, öldürüldü” məqaləsini yayımlayıb.
Böyük Vətən Müharibəsi zamanı ölmüş və itkin düşmüş şəxslərin məlumatlarının siyahıya alındığı “obd-memorial.ru” saytında Nikol Paşinyanın yayımladığı məlumatları axtararkən sayt bunları təqdim edir:
Doğum tarixi - 23․12․1913
Doğulduğu yer - Ermənistan SSR, Yenokavan
Taleyi - düşmənlə əməkdaşlıq etdi, öldü
Ölüm tarixi - 29․09․1943
Ermənistanın baş nazirinin qoca Nikola Paşinyan ilə əlaqəli təqdim etdiyi informasiyalar və axtarış saytının məlumatları üst-üstə düşür, burada qeyd olunur ki, Nikolay Vartanoviç Paşinyan 1913-cü ildə Ermənistan SSR-də Yenokavan kəndində anadan olub və 1943-cü ildə vəfat edib:
https://obd-memorial.ru/html/info.htm?id=301060764&fbclid=IwAR38BUD6iIxW4y0bNU5eNOSIuSJxho5yBTixaaKlZCHvu0K3w5E4hPWZIio#
скачать dle 12.1