Kiyevdə Ukrayna Milli Polisi ölkəyə qanunsuz gələn, axtarışa verilmiş və bir sıra cinayətlərdə əli olan Ermənistan vətəndaşını saxlayıb.
Kiyev Şəhər Polis İdarəsindən "Report"un Şərqi Avropa bürosuna verilən məlumata görə, həmin şəxs "Ded" ləqəbli, 56 yaşlı erməni kriminal avtoritetdir.
Bildirilib ki, 2020-ci ilin iyulunda Kiyev Şəhər Məhkəməsinin qərarı ilə erməni kriminal avtoritetin 15 il ölkəyə girişinə qadağa qoyulub. Ancaq buna baxmayaraq, o, ölkəyə gizli yolla daxil ola bilib.
Faktla bağlı araşdırma aparılır.скачать dle 12.1